“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 870-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 870-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1613, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798; Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 noyabr tarixli 1664 nömrəli, 21 noyabr tarixli 1688 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 4.37-ci bəndə “Məcəllənin” sözündən sonra “411-1.1, ” rəqəmləri əlavə edilsin;
3.2. 5.42-ci bəndə “411” rəqəmlərindən sonra “, 411-1.1” rəqəmləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 dekabr 2017-ci il.
15 декабря 2017, 10:1214 октября 2014, 09:10
О назначении Н.С.Гаджиева главой Исполнительной власти Низаминского района города Гянджа подробно...
14 октября 2014, 09:10
О награждении медалью «Терегги» лиц, имеющих заслуги в социально-экономическом развитии Абшеронского района подробно...
13 октября 2014, 09:10
Королю Испании Его величеству Фелипе VI подробно...
10 октября 2014, 10:10
Установлены требования при лицензировании для работы со средствами защиты растений и агрохимическими препаратами подробно...
9 октября 2014, 15:10
9 человек составят коллегию Министерства энергетики подробно...
9 октября 2014, 09:10
О назначении А.А.Мамедова главой Исполнительной власти Шамкирского района подробно...
9 октября 2014, 09:10
О создании промышленных кварталов и организации их деятельности подробно...
9 октября 2014, 09:10
Об освобождении Н.В.Вейсова от должности главы Исполнительной власти Шамкирского района подробно...
9 октября 2014, 09:10
О присуждении специальной стипендии молодым талантам подробно...
8 октября 2014, 09:10
О дополнительных мерах по ускорению социально-экономического развития Абшеронского района подробно...