“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 869-VQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 869-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 dekabr 2017-ci il.
15 декабря 2017, 10:1210 июля 2014, 09:07
О награждении орденом «Шараф» З.И.Гаралова подробно...
10 июля 2014, 10:07
О назначении Ф.Р.Шафиева чрезвычайным и полномочным послом Азербайджанской Республики в Чешской Республике подробно...
10 июля 2014, 09:07
Об отзыве Т.Т.Тагизаде с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Чешской Республике подробно...
9 июля 2014, 17:07
Абульфас Гараев: Отели не готовы принять 5 млн. туристов подробно...
9 июля 2014, 11:07
Университет ADA: свой Сенат, Опекунский совет, экспериментальные детсады и школы подробно...
9 июля 2014, 09:07
Об утверждении «Устава Университета «АДА» подробно...
9 июля 2014, 09:07
О назначении Х.М.Пашаева ректором Университета «АДА» подробно...
9 июля 2014, 09:07
О проведении 100-летнего юбилея Гылмана Илькина подробно...
9 июля 2014, 09:07
О дополнительных мерах по строительству автомобильной дороги Джаирли-Гызылагадж-Еникенд Гейчайского района подробно...
9 июля 2014, 09:07
О присвоении Ф.Н.Азизову почетного звания «Заслуженный государственный служащий» подробно...