“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 902-VQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 902-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 dekabr 2017-ci il.
15 декабря 2017, 10:12
19 августа 2014, 15:08
Льготы и доплаты введены для молодых сельских педагогов подробно...
19 августа 2014, 09:08
Совет старейшин создан при Бакинском управлении образования подробно...
19 августа 2014, 09:08
О финансировании строительства автомобильной дороги Далгалы-Набрань-Тель на территории Хачмазского района подробно...
18 августа 2014, 13:08
Правительственный мониторинг: повышения потребительских цен в Азербайджане нет подробно...
18 августа 2014, 09:08
О награждении военнослужащих Государственной пограничной службы Азербайджанской Республики подробно...
18 августа 2014, 09:08
О присвоении Э.З.Ибрагимову почетного звания «Заслуженный юрист» подробно...
18 августа 2014, 09:08
О присвоении В.А.Рзагулиеву почетного звания «Заслуженный инженер» подробно...
18 августа 2014, 09:08
О присвоении Р.Г.Садигову воинского звания генерал-лейтенанта подробно...
18 августа 2014, 09:08
О присвоении А.М.Джебраилову воинского звания генерал-лейтенанта подробно...
18 августа 2014, 09:08
О присвоении Э.И.Гулиеву воинского звания генерал-полковника подробно...