“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 825-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 825-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 dekabr 2017-ci il.
15 декабря 2017, 09:1214 января 2016, 09:01
Об обеспечении деятельности Службы внешней разведки Азербайджанской Республики подробно...
14 января 2016, 09:01
О назначении В.А.Керимли Генеральным директором Бакинского транспортного агентства при Кабинете Министров Азербайджанской Республики подробно...
14 января 2016, 09:01
Об обеспечении деятельности Службы государственной безопасности Азербайджанской Республики подробно...
13 января 2016, 09:01
О назначении Д.М.Шикарова чрезвычайным и полномочным послом Азербайджанской Республики в Объединенных Арабских Эмиратах подробно...
13 января 2016, 09:01
О назначении М.Б.Ахмедзаде чрезвычайным и полномочным послом Азербайджанской Республики в Итальянской Республике подробно...
13 января 2016, 09:01
О назначении М.Н.Наджафбейли чрезвычайным и полномочным послом Азербайджанской Республики в Эстонской Республике подробно...
13 января 2016, 09:01
О назначении Н.А.Гурбановой чрезвычайным и полномочным послом Азербайджанской Республики в Республике Болгария подробно...
13 января 2016, 09:01
О присвоении Н.А.Гурбановой дипломатического ранга чрезвычайного и полномочного посланника второго класса подробно...
12 января 2016, 09:01
О награждении А.Д. Искендерова орденом «За службу Отечеству» 3-й степени подробно...
12 января 2016, 09:01
Об объявлении 2016 года в Азербайджанской Республике «Годом мультикультурализма» подробно...