“Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 836-VQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 836-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki:

3.1. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

3.2. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş elmi təşkilat Azərbaycan Milli Elmlər Akademiyasıdır.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 dekabr 2017-ci il.

15 декабря 2017, 09:12

http://www.azertag.net

1671—1680 из 3607

8 ноября 2017, 10:11

О предоставлении работникам нефтяной промышленности Азербайджана персональной пенсии Президента Азербайджанской Республики   подробно...

6 ноября 2017, 09:11

Об усилении социальной защиты работников художественного состава Азербайджанского государственного симфонического оркестра имени Узеира Гаджибейли   подробно...

3 ноября 2017, 05:11

О проведении 110-летнего юбилея академика Муртузы Нагиева   подробно...

3 ноября 2017, 05:11

О присвоении почетного звания «Заслуженный учитель» сотрудникам Сумгайытского государственного университета   подробно...

1 ноября 2017, 07:11

О присвоении почетного звания «Заслуженный учитель» сотрудникам Нахчыванского государственного университета   подробно...

1 ноября 2017, 07:11

О награждении медалью «Терегги» сотрудников Нахчыванского государственного университета   подробно...

30 октября 2017, 05:10

О награждении Х.М.Раджабли орденом «За службу Отечеству» 2-й степени   подробно...

30 октября 2017, 05:10

О награждении работников сельского хозяйства   подробно...

30 октября 2017, 05:10

О предоставлении А.Дж.Мусаеву персональной пенсии Президента Азербайджанской Республики   подробно...

30 октября 2017, 05:10

О присвоении Т.Б.Искендерову почетного звания «Заслуженный учитель»   подробно...