“Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 831-VQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 831-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 dekabr 2017-ci il.

12 декабря 2017, 09:12

http://www.azertag.net

3251—3260 из 3607

19 мая 2014, 09:05

О награждении сотрудников Управления Государственного историко-архитектурного заповедника «Ичеришехер» при Кабинете Министров Азербайджанской Республики   подробно...

19 мая 2014, 09:05

О дополнительных мерах по ускорению социально-экономического развития города Мингячевир   подробно...

19 мая 2014, 09:05

Об утверждении Положения о Центре перевода при Кабинете Министров Азербайджанской Республики и структуры Центра   подробно...

19 мая 2014, 09:05

О присвоении сотрудникам Управления Государственного историко-архитектурного заповедника «Ичеришехер» при Кабинете Министров Азербайджанской Республики почетного звания «Заслуженный работник культуры»   подробно...

19 мая 2014, 09:05

О назначении А.М.Велиевой директором Центра перевода при Кабинете Министров Азербайджанской Республики   подробно...

19 мая 2014, 09:05

О проведении благоустройства и созидательной работы в комплексе «Имамзаде» на территории Гянджинского государственного историко-культурного заповедника   подробно...

19 мая 2014, 09:05

О создании Бакинского международного центра мультикультурализма   подробно...

19 мая 2014, 09:05

О дополнительных мерах по строительству автомобильной дороги Ярдымлы-Деман-Арвана Ярдымлинского района   подробно...

19 мая 2014, 09:05

О присвоении сотрудникам Азербайджанского государственного издательства – «Азернешр» почетного звания «Заслуженный работник культуры»   подробно...

19 мая 2014, 09:05

О награждении медалью «Терегги» сотрудников Азербайджанского государственного издательства – «Азернешр»   подробно...