“Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 355-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Nəqliyyat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 399; 2000, № 7, maddə 486; 2001, № 12, maddə 731; 2002, № 5, maddə 241; 2008, № 11, maddə 957; 2011, № 7, maddə 610; 2014, № 4, maddə 335) 13-cü maddəsinin birinci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. İkinci abzasa “almaq” sözündən sonra “(gediş haqqı ödəniş aləti ilə ödənildiyi hallar istisna olmaqla)” sözləri əlavə edilsin.
2. Üçüncü abzasa “təmin edilmək” sözlərindən sonra “, yaxud gediş haqqı ödəniş aləti vasitəsilə ödənildikdə, boş yeri tutmaq və gedişi həyata keçirmək;”.
3. Dördüncü-doqquzuncu abzaslar müvafiq olaraq beşinci-onuncu abzaslar hesab edilsin və aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:
“- ödəniş aləti əldə etmək və ona vəsait yükləmək;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 oktyabr 2017-ci il.
12 декабря 2017, 09:1230 мая 2014, 09:05
О мерах по строительству автомобильной дороги Шоркенд-Бешталы-Банкя-Ширванлы Нефтчалинского района подробно...
29 мая 2014, 13:05
Ограничена возможность получения российского гражданства подробно...
29 мая 2014, 09:05
О присуждении Государственных премий Азербайджанской Республики в области науки, культуры и литературы за 2014 год подробно...
27 мая 2014, 13:05
Счётная палата проведёт проверку Министерства налогов подробно...
27 мая 2014, 12:05
Паромный терминал Бакинского торгового порта будет перенесён в Алят за летние месяцы подробно...
27 мая 2014, 09:05
О помиловании ряда осужденных лиц подробно...
26 мая 2014, 16:05
IOTA меняет формат деятельности подробно...
26 мая 2014, 12:05
Азербайджан и OECD договорились о взаимной административной помощи по налоговым вопросам подробно...
26 мая 2014, 11:05
Главы МИД Азербайджана, Турции и Туркменистана встретятся сегодня в Баку подробно...
26 мая 2014, 10:05
О награждении орденом «Шохрат» И.Д.Абасова подробно...