“Hərbi nəqliyyat vəzifəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 mart tarixli 382 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanına və “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 725 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

 

“Hərbi nəqliyyat vəzifəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 mart tarixli 382 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 233; Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1674 nömrəli Fərmanı) 1.4-cü bəndindən “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi,” sözləri çıxarılsın və həmin bəndə “Ədliyyə Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti,” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 dekabr 2017-ci il.

7 декабря 2017, 09:12

http://www.azertag.net

1691—1700 из 3607

20 октября 2017, 09:10

О награждении азербайджанских энергетиков медалью «Терегги»   подробно...

20 октября 2017, 09:10

О присвоении почетных званий группе энергетиков Азербайджана   подробно...

19 октября 2017, 09:10

О награждении Ш.С.Алиева орденом «За службу Отечетству» 2-й степени   подробно...

19 октября 2017, 09:10

О награждении Н.Г.Надирова орденом «За службу Отечеству» 2-й степени   подробно...

16 октября 2017, 09:10

О назначении председателей ряда судов первой инстанции   подробно...

16 октября 2017, 09:10

О назначении судей ряда судов первой инстанции и изменении должностей судей некоторых судов первой инстанции   подробно...

13 октября 2017, 09:10

О предоставлении А.Р.Мамедову персональной пенсии Президента Азербайджанской Республики   подробно...

13 октября 2017, 09:10

О назначении П.О.Шахбазова министром энергетики Азербайджанской Республики   подробно...

13 октября 2017, 09:10

О награждении работников железнодорожного транспорта Aзербайджана медалью «Терегги»   подробно...

13 октября 2017, 09:10

О присвоении почетного звания «Заслуженный инженер» работникам железнодорожного транспорта Азербайджана   подробно...