“Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 846-VQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 846-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki, “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin on birinci abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 dekabr 2017-ci il.

6 декабря 2017, 09:12

http://www.azertag.net

1781—1790 из 3607

2 августа 2017, 09:08

О назначении В.Р.Абдуллаева заместителем исполнительного директора Фонда страхования вкладов   подробно...

1 августа 2017, 09:08

О награждении X.И. Шихсаидова орденом «Dostluq» («Дружба»)   подробно...

1 августа 2017, 09:08

О присвоении почетных званий деятелям кино Азербайджана   подробно...

1 августа 2017, 09:08

О проведении 75-летнего юбилея Муслима Магомаева   подробно...

1 августа 2017, 09:08

О награждении Ч.А.Ганизаде орденом «Шохрат»   подробно...

31 июля 2017, 10:07

О мерах по строительству автомобильной дороги Уджар-Герайбейли-Растаджа Уджарского района   подробно...

27 июля 2017, 09:07

О дополнительных мерах по строительству автомобильной дороги Ени Дашкенд-Умудалылар Бардинского района   подробно...

27 июля 2017, 09:07

О награждении А.И.Годжаева орденом «За службу Отечеству» 2-й степени   подробно...

26 июля 2017, 09:07

О создании Гаджигабульского промышленного квартала   подробно...

25 июля 2017, 09:07

О мерах по строительству автомобильной дороги Зиря-Тюркан Хазарского района города Баку   подробно...