“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 824-VQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 824-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 dekabr 2017-ci il.

 

6 декабря 2017, 09:12

http://www.azertag.net

1081—1090 из 3607

5 марта 2019, 08:03

Распоряжение Президента Азербайджанской Республики О продолжении работ по благоустройству и созиданию в городе Гянджа   подробно...

5 марта 2019, 08:03

Распоряжение Президента Азербайджанской Республики О проведении 140-летия Гусейнгулу Сарабского   подробно...

5 марта 2019, 08:03

Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по развитию азербайджанских театров   подробно...

1 марта 2019, 08:03

Распоряжение Президента Азербайджанской Республики О награждении И.А.Бердиева орденом «Достлуг»   подробно...

1 марта 2019, 08:03

Распоряжение Президента Азербайджанской Республики О призыве с 1 по 30 апреля 2019 года граждан Азербайджанской Республики на срочную действительную военную службу и увольнении в запас военнослужащих срочной действительной военной службы   подробно...

1 марта 2019, 08:03

Распоряжение Президента Азербайджанской Республики О награждении С.М.Гахрамановой орденом «Эмек» 2-й степени   подробно...

1 марта 2019, 08:03

Указ Президента Азербайджанской Республики О дополнительных мерах, связанных с решением проблемных кредитов физических лиц в Азербайджанской Республике   подробно...

27 февраля 2019, 08:02

Распоряжение Президента Азербайджанской Республики О повышении единого ежемесячного пособия для вынужденных переселенцев и приравненных к ним лиц   подробно...

26 февраля 2019, 08:02

Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах в области усиления социальной защиты населения   подробно...

20 февраля 2019, 08:02

Распоряжение Президента Азербайджанской Республики Об отзыве Ф.Р.Шафиева с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Чешской Республике   подробно...