“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 852-VQD nömrəli Qanununun tətbiqi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 852-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 dekabr 2017-ci il.

6 декабря 2017, 09:12

http://www.azertag.net

1711—1720 из 3607

4 октября 2017, 09:10

О награждении А.И. Везировой «Почетным дипломом Президента Азербайджанской Республики»   подробно...

4 октября 2017, 09:10

О предоставлении К.М. Абдуллаеву персональной пенсии Президента Азербайджанской Республики   подробно...

4 октября 2017, 09:10

О дополнительных мерах, связанных с продолжением работ по благоустройству и созиданию в городе Гобустан   подробно...

4 октября 2017, 09:10

Об успешном участии волейболисток Азербайджана на чемпионате Европы   подробно...

22 сентября 2017, 09:09

О награждении Э.И.Гулиева орденом «Азербайджанское знамя»   подробно...

20 сентября 2017, 10:09

О предоставлении А.П. Племакову персональной пенсии Президента Азербайджанской Республики   подробно...

20 сентября 2017, 10:09

О предоставлении персональной пенсии Президента Азербайджанской Республики работникам нефтяной промышленности Азербайджанской Республики   подробно...

20 сентября 2017, 10:09

О награждении работников нефтяной промышленности Азербайджанской Республики   подробно...

20 сентября 2017, 10:09

О присвоении почетных званий работникам нефтяной промышленности Азербайджанской Республики   подробно...

18 сентября 2017, 10:09

О присвоении почетных званий деятелям культуры Азербайджанской Республики   подробно...