"Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədi ilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli miqdarının Siyahısı”nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 877-VQ nömrəli Qanununun tətbiqi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədi ilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli miqdarının Siyahısı”nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 877-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədi ilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli miqdarının Siyahısı”nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədi ilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli miqdarının Siyahısı”nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 noyabr 2017-ci il.

 

30 ноября 2017, 10:11

http://www.azertag.net

1621—1630 из 3607

11 января 2018, 09:01

О награждении Ф.А. Бабаева орденом «Шохрат»   подробно...

8 января 2018, 09:01

О мерах по строительству автомобильной дороги Чархы-Галаган-Гаджилар-Ханлыгоба-Саяд-Мамедханлы Хачмазского района   подробно...

29 декабря 2017, 10:12

О дальнейшем усовершенствовании управления в области малого и среднего предпринимательства   подробно...

29 декабря 2017, 10:12

О награждении С. И. Мамедова орденом «Шараф»   подробно...

29 декабря 2017, 10:12

О награждении Ф.Г. Гасымовой орденом «Шохрат»   подробно...

28 декабря 2017, 09:12

О награждении Р.С.Гваладзе «Почетным дипломом Президента Азербайджанской Республики»   подробно...

26 декабря 2017, 09:12

О повышении минимальной ежемесячной заработной платы   подробно...

22 декабря 2017, 09:12

О награждении лиц, имеющих заслуги в развитии сельского хозяйства в Азербайджанской Республике   подробно...

22 декабря 2017, 09:12

О награждении В.Дж.Джафарова «Почетным дипломом Президента Азербайджанской Республики»   подробно...

21 декабря 2017, 09:12

О награждении медалью «Терегги» лиц, имеющих заслуги в социально-экономическом и культурном развитии города Сумгайыт   подробно...