“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 875-VQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 875-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 noyabr 2017-ci il.
30 ноября 2017, 10:11
20 октября 2014, 09:10
О присвоении почетного звания «Заслуженный инженер» группе энергетиков Азербайджана подробно...
20 октября 2014, 09:10
О награждении медалью «Терегги» энергетиков Азербайджана подробно...
20 октября 2014, 09:10
О помиловании ряда осужденных лиц подробно...
17 октября 2014, 09:10
Участникам Международной конференции «Железнодорожная линия Баку-Тбилиси-Карс – новые возможности в развитии коридора Шелкового пути» подробно...
16 октября 2014, 09:10
О мерах по улучшению экологического состояния Зыхского озера подробно...
14 октября 2014, 09:10
О награждении орденом «Шараф» М.А.Мамедъярова подробно...
14 октября 2014, 09:10
О присвоении почетных званий лицам, имеющим заслуги в социально-экономическом развитии Абшеронского района подробно...
14 октября 2014, 09:10
О присвоении Р.Г.Абдуллаеву и Ч.А.Мамедову почетного звания «Заслуженный инженер» подробно...
14 октября 2014, 09:10
О награждении работников Закрытого акционерного общества «Азербайджан Демир Йоллары» подробно...
14 октября 2014, 09:10
О предоставлении И.Н.Алиеву и Э.Х.Гаджиеву персональной пенсии Президента Азербайджанской Республики подробно...