Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2, I kitab, maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299) aşağıdakı məzmunda 206-1-ci maddə əlavə edilsin:
“Maddə 206-1. Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorların hazırlanması, əldə edilməsi, saxlanılması, göndərilməsi və ya daşınması
Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorların az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, göndərilməsinə və ya daşınmasına görə -
iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
Qeyd:
1. Bu maddədə “az miqdarda” dedikdə, müvafiq qanunla müəyyən edilmiş prekursorların xeyli miqdarından aşağı miqdar başa düşülür.
2. Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə hazırladığı, əldə etdiyi, saxladığı, göndərdiyi və ya daşıdığı prekursorları könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 noyabr 2017-ci il.
30 ноября 2017, 10:1114 октября 2014, 09:10
О назначении Н.С.Гаджиева главой Исполнительной власти Низаминского района города Гянджа подробно...
14 октября 2014, 09:10
О награждении медалью «Терегги» лиц, имеющих заслуги в социально-экономическом развитии Абшеронского района подробно...
13 октября 2014, 09:10
Королю Испании Его величеству Фелипе VI подробно...
10 октября 2014, 10:10
Установлены требования при лицензировании для работы со средствами защиты растений и агрохимическими препаратами подробно...
9 октября 2014, 15:10
9 человек составят коллегию Министерства энергетики подробно...
9 октября 2014, 09:10
О назначении А.А.Мамедова главой Исполнительной власти Шамкирского района подробно...
9 октября 2014, 09:10
О создании промышленных кварталов и организации их деятельности подробно...
9 октября 2014, 09:10
Об освобождении Н.В.Вейсова от должности главы Исполнительной власти Шамкирского района подробно...
9 октября 2014, 09:10
О присуждении специальной стипендии молодым талантам подробно...
8 октября 2014, 09:10
О дополнительных мерах по ускорению социально-экономического развития Абшеронского района подробно...