"Avtomobil yollarının vahid dövlət reyestrinin yaradılması və aparılması, habelə reyestrə daxil edilmiş məlumatların verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 114
Bakı şəhəri, 25 aprel 2014-cü il
"Avtomobil yollarının vahid dövlət reyestrinin yaradılması və aparılması, habelə reyestrə daxil edilmiş məlumatların verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında
"Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 648-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 933 nömrəli Fərmanının 1.1.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
"Avtomobil yollarının vahid dövlət reyestrinin yaradılması və aparılması, habelə reyestrə daxil edilmiş məlumatların verilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 25 aprel tarixli 114 nömrəli qərarı ilə təsdiq edilmişdir
Avtomobil yollarının vahid dövlət reyestrinin yaradılması və aparılması, habelə reyestrə daxil edilmiş məlumatların verilməsi
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda "Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin yeddinci hissəsinə əsasən hazırlanmışdır və avtomobil yollarının vahid dövlət reyestrinin yaradılması və aparılması, habelə reyestrə daxil edilmiş məlumatların verilməsi qaydasını müəyyən edir.
1.2. Avtomobil yollarının vahid dövlət reyestri (bundan sonra - reyestr) mülkiyyət növündən və əhəmiyyətindən asılı olmayaraq, avtomobil yolları haqqında məlumatları əks etdirən dövlət informasiya ehtiyatıdır.
1.3. Reyestr Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən yaradılır və aparılır.
1.4. Reyestr kağız və elektron daşıyıcılarda aparılır. Kağız daşıyıcı ilə elektron daşıyıcıda olan məlumatlar arasında uyğunsuzluq olduqda, kağız daşıyıcıda olan məlumatlara üstünlük verilir.
1.5. Elektron daşıyıcıda olan məlumatlar dövlət reyestrinin məlumat bazasında qeydiyyata alınır.
2. Reyestrin aparılması prinsipləri
2.1. Reyestr Azərbaycan Respublikasının dövlət dilində aparılır.
2.2. Reyestr vahiddir, vahid forma, metod və prinsiplər əsasında aparılır.
2.3. Reyestrin formalaşdırılması, aparılması, istifadəsi və orada saxlanılan məlumatların mühafizəsi elektron texnologiyalar əsasında, qarşılıqlı məlumat mübadiləsini təmin edən qeydiyyat informasiya sistemi vasitəsilə həyata keçirilir.
2.4. Qeydiyyat informasiya sistemi aşağıdakıları təmin etməlidir:
2.4.1. informasiyanın məlumat bazasına operativ daxil edilməsini, orada dəyişilməz, aydın şəkildə oxunaqlı vəziyyətdə saxlanılmasını və emalını;
2.4.2. məlumatların reyestrə daxil edilməsinin, dəyişdirilməsinin və silinməsinin qeydiyyatının aparılmasını;
2.4.3. digər aidiyyəti dövlət elektron informasiya ehtiyatlarına inteqrasiya olunmasını.
2.5. Reyestrə daxil edilən məlumatların itirilməsinin, təhrif edilməsinin və qanunsuz əldə olunmasının qarşısının alınması üçün onun müdafiə sistemi yaradılır.
2.6. Reyestrin qeydiyyat informasiya sisteminin yaradılması, idarə olunması, təkmilləşdirilməsi və ondan səmərəli istifadənin təmin edilməsi məqsədi ilə texniki proqram kompleksinin formalaşdırılması və ona texniki xidmətin göstərilməsi Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir.
2.7. Reyestrin qeydiyyat informasiya sistemində yalnız lisenziyalı texniki proqram və sertifikatlaşdırılmış mühafizə vasitələrindən istifadə edilir.
2.8. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi avtomobil yollarının vahid dövlət reyestrinin digər aidiyyəti dövlət elektron informasiya ehtiyatlarına inteqrasiya olunmasını təmin edir.
3. Reyestrin yaradılması
3.1. Reyestrə hər bir avtomobil yoluna dair aşağıdakılar barədə məlumatlar daxil edilir:
3.1.1. avtomobil yolunun mülkiyyətçisi və sahibi;
3.1.2. avtomobil yolunun adı, indeksi, ünvan reyestri məqsədləri üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən nömrəsi və uzunluğu;
3.1.3. avtomobil yolunun xəritəsi;
3.1.4. avtomobil yolunun və onun sahələrinin avtomobil yolları təsnifatına uyğunluğu;
3.1.5. avtomobil yolunun faktiki vəziyyəti;
3.1.6. avtomobil yolunun tutduğu torpaq sahəsi, yol örtüyünün növü və vəziyyəti;
3.1.7. yol nişanlarının dislokasiyası.
3.2. Avtomobil yolunun mülkiyyətçisi və sahibi haqqında məlumatlara aşağıdakılar daxil edilir:
3.2.1. avtomobil yolu mülkiyyətçisinin və sahibinin adı;
3.2.2. avtomobil yolu mülkiyyətçisinin və sahibinin ünvanı;
3.2.3. telefon və faks nömrələri, elektron poçt ünvanı;
3.2.4. avtomobil yolu üzərində əşya hüququnun əmələ gəlməsinin əsası olan sənədlərin növü və rekvizitləri (adı, seriyası və nömrəsi, verilmə tarixi, verən orqanın adı).
3.3. Avtomobil yolunun faktiki vəziyyəti barədə məlumatlara aşağıdakılar daxil edilir:
3.3.1. avtomobil yolunun dərəcəsi;
3.3.2. avtomobil yolunun istismara verildiyi tarix, o cümlədən yolun ayrı-ayrı hissələri üzrə;
3.3.3. avtomobil yolunun hərəkət zolaqlarının sayı;
3.3.4. avtomobil yolu ilə kəsişmələr və avtomobil yoluna giriş yolları.
3.4. Avtomobil yolu haqqında məlumatlar avtomobil yolunun məlumat vərəqəsində bu Qaydaya əlavə edilmiş formada tərtib edilir (1 nömrəli əlavə).
3.5. Avtomobil yolunun məlumat vərəqəsinin (bundan sonra-məlumat vərəqəsi) tərtib edilməsi və aparılması avtomobil yolunun mülkiyyətçisi və sahibi olan hüquqi və ya fiziki şəxslər tərəfindən kağız və elektron daşıyıcılarda olmaqla yerinə yetirilir.
3.6. Məlumat vərəqəsinə daxil edilmiş məlumatlar onların mülkiyyətçisi, sahibi olan fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri tərəfindən imza və möhürlə (hüquqi şəxs üçün) təsdiq edilir.
3.7. Məlumat vərəqəsinin müvafiq sütununda məlumatlar yazılmayıbsa, həmin yerdə "məlumat yoxdur" yazılır.
3.8. Məlumat vərəqəsində dövlət sirri təşkil edən məlumatlar olduqda, həmin sətirlərin qarşısında "məxfi məlumatlar" sözləri yazılır.
4. Reyestrin aparılması
4.1. Reyestr əsas və arxiv bölmələrindən ibarətdir.
4.2. Reyestrin əsas bölməsinə aşağıda göstərilən sənədlər daxil edilir:
4.2.1. reyestrə daxil edilməsi üçün göndərilən məlumat vərəqələrinin qeydiyyatı jurnalı (bundan sonra - qeydiyyat jurnalı);
4.2.2. reyestrdən çıxarışların qeydiyyatı jurnalı (bundan sonra - çıxarışların qeydiyyatı jurnalı);
4.2.3. məlumat xəritələrinin və yolun mülkiyyətçisi, sahibi tərəfindən təsdiq edilərək məlumat vərəqəsinə əlavə edilən surətlərin yerləşdiyi qovluq (bundan sonra - qovluq). Avtomobil yolları haqqında məlumatların yerləşdiyi hər bir qovluğa reyestr nömrəsi verilir.
4.3. Reyestrin arxiv bölməsinə avtomobil yolunun mülkiyyətçisi, sahibi tərəfindən təsdiq edilərək göndərilmiş məlumatlarda dəyişikliklər edilməsi nəticəsində aktuallığını itirmiş və bu səbəbdən reyestrin əsas bölməsindən arxiv bölməsinə köçürülməsi tələb olunan işlər daxildir. Arxiv bölməsinin hər bir qovluğuna reyestrin əsas bölməsindəki nömrəyə uyğun və "arxiv" sözü yazılmış nömrə verilir.
4.4. Reyestrin aparılması daimi əsaslarla aşağıdakı ardıcıllıqla yerinə yetirilir:
4.4.1. hər bir avtomobil yolu üzrə qovluğun tərtib edilməsi və aparılması;
4.4.2. hər bir qovluğa yolun mülkiyyətçisi, sahibi tərəfindən təsdiq edilmiş məlumat vərəqəsinin yerləşdirilməsi;
4.4.3. dəyişilmiş məlumatların qovluqdakı məlumat vərəqəsində nəzərə alınması;
4.4.4. məlumat vərəqəsində xəritənin qovluqdan götürülməsi və arxiv bölməsinə keçirilməsi haqqında əsas göstərilməklə dəyişikliklərin edilməsi;
4.4.5. dəyişikliklərin kağız və elektron daşıyıcılarda aparılması.
4.5. Məlumat vərəqəsi və ona əlavə olunan sənədlərin təsdiq edilmiş nüsxələri hər bir avtomobil yoluna aid reyestr qovluğunda saxlanılır. Qovluğa reyestr nömrəsi verilir və tərtib olunduğu tarix göstərilir. Məlumat vərəqəsində sənədlərin reyestr qovluğuna qoyulması haqqında tarix göstərilir. Bütün bu əməliyyatlar qeydiyyat jurnalında qeyd edilir.
4.6. Avtomobil yolunun mülkiyyətçisinə, sahibinə sənədlərin qəbulu haqqında təsdiqedici sənəd verilir.
4.7. Avtomobil yolları istismardan çıxarıldığı, bir neçə yerə bölündüyü və ya bir neçə yolun bir yol kimi birləşdirildiyi hallarda avtomobil yolunun köhnə indeks nömrələrinə uyğun qovluqlar bağlanılır və reyestr arxiv bölməsinə təhvil verilir. Reyestr qovluğunda qovluğun arxivə təhvil verilməsi haqqında sənədin əsası və tarixi göstərilir. Yerinə yetirilən əməliyyatlar qeydiyyat jurnalında da qeyd edilir.
4.8. Reyestrin sənədləri daimi olaraq qorunmalıdır. Reyestrdən hər hansı bir sənədin götürülməsi və ya məhv edilməsi qadağandır. Reyestr qovluqlarının daimi saxlanılması üçün dövlət arxivlərinə verilməsi mövcud qanunvericiliyə uyğun aparılır.
4.9. Reyestr kənar şəxslərin daxil olması mümkün olmayan, məlumatların oğurlanmasının, korlanmasının, dəyişikliklər edilməsinin qarşısını almağa imkan verən xüsusi yerlərdə saxlanılır.
4.10. Elektron daşıyıcılarda olan reyestr məlumatlarının itirilməsinin qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən elektron daşıyıcılarda olan məlumatların ehtiyat surətləri yaradılır və xüsusi yerlərdə saxlanılır.
4.11. Qeydiyyat jurnalının, çıxarışların qeydiyyatı jurnalının elektron daşıyıcılarda reyestr məlumatlarının yaradılması və onlarda dəyişikliklər edilməsi qaydaları Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilir.
5. Reyestrə daxil edilmiş məlumatların verilməsi
5.1. Dövlət və kommersiya sirri təşkil edən məlumatlar istisna olmaqla, reyestrə daxil edilmiş digər məlumatlar Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən reyestrdən çıxarış hər bir maraqlı şəxsə qanunda nəzərdə tutulmuş qaydada verilir.
5.2. Reyestrə daxil edilmiş məlumatların reyestrdən çıxarış şəklində (2 nömrəli əlavə) verilməsi (və ya reyestrdən çıxarışın verilməsindən imtina edilməsi) bu haqda sorğu daxil olduğu gündən 10 gün müddətində yerinə yetirilir.
5.3. Reyestrə daxil edilmiş məlumatların reyestrdən çıxarış şəklində verilməsi (və ya reyestrdən çıxarışın verilməsində imtina edilməsi) barədə məlumatlar çıxarışların qeydiyyatı jurnalında qeyd edilir.
"Avtomobil yollarının vahid dövlət reyestrinin 1 nömrəli əlavə
Avtomobil yolunun məlumat vərəqəsi
1. Avtomobil yolunun mülkiyyətçisi və sahibinin: 1.1. tam adı ___________________________________________________ _____________________________________________________________ 1.2. ünvanı____________________________________________________ _____________________________________________________________ 1.3. telefon/faks nömrəsi_________________________________________ 1.4. elektron poçt ünvanı_________________________________________ 1.5. əşya hüququnun əmələ gəlməsinin əsası olan sənədlər______________ _____________________________________________________________ 1.6. əşya hüququnun adı_________________________________________ 2. Avtomobil yolunun adı və indeksi_______________________________ 3. Avtomobil yolunun uzunluğu (km) ____________ 4. Avtomobil yolunun xəritəsi 5. Avtomobil yolunun və ya onun sahələrinin təsnifat göstəriciləri________ _____________________________________________________________ 6. Avtomobil yolunun faktiki vəziyyəti barədə məlumatlar: 6.1. avtomobil yolunun dərəcəsi __________________________________
6.2. istismara verildiyi tarix_____, o cümlədən ayrı-ayrı hissələri üzrə_____ _____________________________________________________________ 6.3. avtomobil yolunun hərəkət zolaqlarının sayı _____________________
6.4. avtomobil yolu ilə kəsişmələr və avtomobil yoluna giriş yolları_____ ____________________________ 7. Avtomobil yolunun tutduğu torpaq sahəsi, yol örtüyünün növü və vəziyyəti ________________________ _____________________________________________________________ 8. Yol nişanlarının dislokasiyası___________________________________ 9. Əlavə edilən sənədlərin siyahısı _________________________________ _____________________________________________________________
Məlumatlar doğrudur:
Rəhbər_______________________________________________________ (mülkiyyətçinin və sahibin adı)
M.Y. _______________ ________________ ___________________ (tarix) (imza) (soyadı, adı və atasının adı)
Məlumat vərəqəsi reyestrə daxil edilmişdir
M.Y. _______________ ________________ ___________________ (tarix) (imza) (soyadı, adı və atasının adı)
Məlumat vərəqəsi arxivə verilmişdir _____________________________ (əsas)
M.Y. _______________ ________________ ___________________ (tarix) (imza) (soyadı, adı və atasının adı)
"Avtomobil yollarının vahid dövlət reyestrinin 2 nömrəli əlavə Avtomobil yollarının vahid dövlət reyestrindən ÇIXARIŞ
"__"_______ 20__ il №_______
Bu çıxarış ___________________________________________________ (avtomobil yolunun adı) _____________________________________________________________ avtomobil yolu haqqında məlumatları özündə əks etdirir
(avtomobil yolunun reyestr nömrəsi və verilmə tarixi *)
Avtomobil yollarının vahid dövlət reyestrinə daxil edilmiş məlumatlar
Vəzifəli şəxs __________________________________________________ (struktur bölmənin tam adı)
__________________ ______________________ (imza) (soyadı, adı və atasının adı) ____________________________________________________________
*Avtomobil yoluna reyestr nömrəsinin verildiyi gün, ay və ilin son iki rəqəmi. ** Məlumatların adı avtomobil yolunun məlumat vərəqəsinə uyğun olaraq göstərilir. *** Məlumatlar olmayan sütunda "yox" sözü yazılır.
|
18 февраля 2014, 10:02
Промышленное производство в Азербайджане в январе рухнуло на 4% год к году подробно...
18 февраля 2014, 09:02
90-летие народного артиста Т.Ахмедова отметят на государственном уровне подробно...
18 февраля 2014, 09:02
Распоряжение Президента Азербайджанской Республики подробно...
17 февраля 2014, 12:02
Министр туризма Азербайджана озадачил участников рынка подробно...
17 февраля 2014, 09:02
Об утверждении «Концепции культуры Азербайджанской Республики» подробно...
17 февраля 2014, 09:02
О награждении орденом «Истиглал» А.М.Пашаева подробно...
17 февраля 2014, 09:02
О назначении С.Д.Джафарова председателем Закрытого акционерного общества «Азербайджанский комплекс по производству стали» подробно...
14 февраля 2014, 15:02
ЦБ Азербайджана: активизация кредитования реального сектора может потребовать законодательных поправок подробно...
14 февраля 2014, 10:02
«Справедливость к Ходжалы» получила государственное финансирование подробно...
14 февраля 2014, 09:02
О 100-летнем юбилее Лютфали Абдуллаева подробно...