“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 855-VQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 855-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 7 noyabr 2017-ci il.

8 ноября 2017, 10:11

http://www.azertag.net

621—630 из 3607

20 июля 2020, 18:07

Распоряжение Президента Азербайджанской Республики О назначении А.Г.Керимова первым заместителем министра культуры Азербайджанской Республики   подробно...

20 июля 2020, 18:07

Распоряжение Президента Азербайджанской Республики О предоставлении полномочий по временному исполнению обязанностей министра культуры Азербайджанской Республики   подробно...

20 июля 2020, 18:07

Распоряжение Президента Азербайджанской Республики О награждении Т.Дж.Джафарова орденом "Шохрат"   подробно...

16 июля 2020, 17:07

Распоряжение Президента Азербайджанской Республики Об освобождении Э.М.Мамедъярова от должности министра иностранных дел Азербайджанской Республики   подробно...

16 июля 2020, 17:07

Распоряжение Президента Азербайджанской Республики Об освобождении Дж.А.Байрамова от должности министра образования Азербайджанской Республики   подробно...

16 июля 2020, 17:07

Распоряжение Президента Азербайджанской Республики О назначении Дж.А.Байрамова министром иностранных дел Азербайджанской Республики   подробно...

29 июня 2020, 18:06

Распоряжение Президента Азербайджанской Республики О присвоении почетного звания «Заслуженный инженер» работникам морского транспорта Азербайджанской Республики   подробно...

29 июня 2020, 18:06

Распоряжение Президента Азербайджанской Республики О награждении работников морского транспорта Азербайджанской Республики   подробно...

25 июня 2020, 09:06

Распоряжение Президента Азербайджанской Республики О награждении З.А.Самедзаде орденом «За службу Отечеству» 1-й степени   подробно...

25 июня 2020, 09:06

Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству здания новой общеобразовательной школы в городе Гянджа   подробно...