“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 853-VQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 853-VQD nömrəli Qanununun 2018-ci il yanvarın 1-dən tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına tövsiyə edilsin ki, vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun daha səmərəli təmin edilməsi məqsədi ilə vəkillərin sayının artırılaraq zəruri həddə çatdırılması üçün müvafiq tədbirlər görsün.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 noyabr 2017-ci il.
8 ноября 2017, 09:11
23 июня 2014, 09:06
Об освобождении судей апелляционных судов Азербайджанской Республики от должности подробно...
23 июня 2014, 09:06
О назначении З.Ш.Зарбалиева судьей Гянджинского апелляционного суда подробно...
23 июня 2014, 09:06
О назначении И.М.Насирова судьей Верховного суда Азербайджанской Республики подробно...
20 июня 2014, 09:06
Об учреждении профессионального праздника «День моряка» подробно...
20 июня 2014, 09:06
О дополнительных мерах в области поддержки связанных с Азербайджаном проектов зарубежных неправительственных организаций подробно...
19 июня 2014, 16:06
Министр связи и высоких технологий Азербайджана встретился с вице-президентом Ирана подробно...
18 июня 2014, 15:06
В Азербайджане предлагается страховать жизнь заёмщиков – физических лиц подробно...
19 июня 2014, 14:06
Самое оптимальное медицинское страхование обещано азербайджанским гражданам подробно...
18 июня 2014, 09:06
Азербайджан предложил UNWTO свои механизмы развития туристических дестинаций подробно...
17 июня 2014, 09:06
О присвоении почетных званий работникам здравоохранения Азербайджанской Республики подробно...