“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 413; 1999, № 5, maddə 284, № 7, maddə 396, № 10, maddə 570; 2001, № 5, maddə 292, № 6, maddə 379, № 7, maddə 455; 2002, № 1, maddə 4, № 12, maddə 706; 2003, № 6, maddə 278; 2004, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 199, № 8, maddələr 597, 598, № 9, maddə 669; 2005, № 1, maddə 7, № 8, maddə 686; 2006, № 1, maddə 4, № 12, maddə 1005; 2007, № 5, maddələr 439, 446, № 7, maddə 712, № 11, maddə 1078, № 12, maddə 1222; 2008, № 3, maddə 163, № 7, maddə 609; 2009, № 2, maddə 46, № 11, maddə 878; 2010, № 7, maddə 596, № 10, maddə 842; 2011, № 4, maddə 265; 2013, № 1, maddə 21; 2014, № 2, maddə 85, № 7, maddələr 782, 784; 2015, № 2, maddə 98, № 4, maddə 346, № 5, maddə 483, № 11, maddə 1286; 2016, № 6, maddə 1004, № 11, maddə 1789, № 12, maddə 2033; 2017, № 6, maddələr 1034, 1305) 5-ci maddəsinin ikinci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. Birinci cümlədə “Kassasiya” sözü “İnzibati-iqtisadi məhkəmələrin iqtisadi mübahisələrlə bağlı qərarları, habelə kassasiya” sözləri ilə əvəz edilsin.
2. İkinci cümlədə “Bu qərarlarla” sözləri “Kassasiya və apellyasiya instansiyası məhkəmələrinin qərarları ilə” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 oktyabr 2017-ci il.
7 ноября 2017, 09:1111 марта 2014, 09:03
О создании Министерства связи и высоких технологий Азербайджанской Республики подробно...
11 марта 2014, 09:03
О назначении А.М.Аббасова министром связи и высоких технологий Азербайджанской Республики подробно...
11 марта 2014, 09:03
О награждении военнослужащих Внутренних войск Министерства внутренних дел Азербайджанской Республики подробно...
11 марта 2014, 09:03
О присвоении почетных званий театральным деятелям Азербайджанской Республики подробно...
11 марта 2014, 09:03
О назначении Ю.А.Юсибова ректором Гянджинского государственного университета подробно...
7 марта 2014, 15:03
В Азербайджане будет увеличено покрытие по обязательному автомобильному страхованию подробно...
7 марта 2014, 14:03
Страховой надзор: азербайджанские страховщики нуждаются в местной рейтинговой компании подробно...
7 марта 2014, 09:03
О присвоении почетных званий группе женщин Азербайджана подробно...
7 марта 2014, 09:03
О награждении группы женщин Азербайджана подробно...
7 марта 2014, 09:03
О назначении Э.Б.Гусейнова ректором Сумгайытского государственного университета подробно...