"Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 113
Bakı şəhəri, 25 aprel 2014-cü il
"Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 oktyabr tarixli 462 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın "Alternativ (bərpa olunan) enerji mənbələrindən istifadə edilməsi üzrə tədbirlər" bölməsinin 3-cü hissəsinə uyğun olaraq, alternativ (bərpa olunan) enerji mənbələrindən istifadənin stimullaşdırılmasını nəzərdə tutan tədbirlərin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. "Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 55, № 4, maddə 378, № 10, maddə 980; 2006, № 2, maddə 180, № 4, maddə 367, № 7, maddə 652; 2007, № 6, maddə 700, № 7, maddə 743, № 12, maddə 1355; 2008, № 4, maddə 325, № 7, maddələr 672, 687, № 11, maddə 1036; 2009, № 1, maddə 25, № 4, maddə 291, № 9, maddələr 742, 744, № 12, maddə 1071; 2010, № 4, maddə 356, № 7, maddə 706, № 12, maddələr 1113, 1114; 2011, № 1, maddə 68, № 4, maddə 374, № 8, maddə 775; 2012, № 1, maddə 38, № 7, maddə 780, № 9, maddə 936, № 10, maddə 1019; 2013, № 7, maddə 872, № 11, maddə 1459) aşağıdakı məzmunda 1.25-ci bənd əlavə edilsin:
"1.25. "Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təsdiqedici sənədləri əsasında, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətinə xüsusi icazə verilmiş şəxslər tərəfindən əlavə dəyər vergisindən azad olunmaqla idxal edilən, alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə edilməsi sahəsində tətbiq olunan qurğuların, onların istehsalı üçün avadanlıqların hissə və ləvazimatlarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı" təsdiq edilsin (əlavə olunur).".
2. Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 10 il müddətində qüvvədədir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 25 aprel tarixli 113 nömrəli qərarı ilə təsdiq edilmişdir
Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təsdiqedici sənədləri əsasında, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətinə xüsusi icazə verilmiş şəxslər tərəfindən əlavə dəyər vergisindən azad olunmaqla idxal edilən, alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə edilməsi sahəsində tətbiq olunan qurğuların, onların istehsalı üçün avadanlıqların hissə və ləvazimatlarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə
S İ Y A H I S I
XİFMN üzrə kodu |
Mal mövqelərinin adları |
1 |
2 |
Qrup 39-dan |
|
3917 21 900 9 |
İstilik nasosları üçün polietilen boru zondlar |
3926 90 970 9 |
İstilik nasosları üçün U-tipli plastik zondların ucluqları |
Qrup 70-dən |
|
7007 19 800 0 7007 29 000 0 |
Günəş panellərinin və LED lampaların istehsalı üçün qoruyucu möhkəmləndirilmiş şüşə qatları |
7011 10 000 0 |
Günəş panellərinin və LED lampaların istehsalı üçün şüşələr |
Qrup 73-dən |
|
7306 90 000 0 |
Kiçik su elektrik stansiyaları üçün borular |
7308 90 100 0 |
Kiçik su elektrik stansiyaları üçün şlüz qapılar |
7308 90 990 0 |
Külək enerjili elektrik qurğuları üçün qara metaldan nərdivan qoyulan meydança, metal konstruksiyalar |
7311 00 990 0 |
Biokütlə qurğuları üçün qazqolder, resiver çənləri |
7312 10 830 0 |
Ölçü müşahidə stansiyaları üçün diametri 12-24 mm olan troslar |
7326 90 980 0 |
Ölçü müşahidə stansiyaları üçün günəş panellərinin sıxacları, troslar üçün xamutlar və sıxaclar |
1 |
2 |
Qrup 76-dan |
|
7610 90 900 0 |
Günəş panellərinin və LED lampaların istehsalı üçün günəş panellərinin quraşdırılma hissələri (çərçivələr-alüminium profillər) |
Qrup 84-dən |
|
8402 19 900 0 |
Günəş elektrik və günəş istilik stansiyaları üçün buxar generatorları |
8404 20 000 0 |
Geotermal stansiyalar üçün buxarlandırıcı kondensator-lar |
8406 82 000 0 |
Günəş elektrik, günəş istilik və geotermal stansiyalar üçün buxar turbinləri |
8410 11 000 0 8410 12 000 0 8410 90 000 0 |
Gücü 10 000 kVt-dan çox olmayan hidravlik turbinlər və su təkərləri, onların hissələri |
8413 |
Kiçik su elektrik stansiyaları və biokütlə qurğuları üçün dişli çarxlı, fekal, istilik və mərkəzdənqaçma nasosları |
8414 |
Biokütlə qurğuları və kiçik su elektrik stansiyaları üçün qaz kompressorları, vintli kompressorlar, porşenli kompressorlar |
8417 80 700 0 |
Biokütlə qurğuları üçün xüsusi soba |
8419 19 000 0 8419 31 000 0 8419 39 000 0 8419 50 000 9 |
Günəş kollektorları, geotermal stansiyalar və biokütlə qurğuları üçün qızdırıcılar, peyin quruducuları, isitmə cihazları, kondensatorlar, bivalent boylerlər, günəş panellərinin və LED lampaların istehsalı üçün soyuducu radiatorlar, günəş elektrik və günəş istilik stansiyaları üçün PV və optik konsentratorlar |
8419 89 989 0 |
Biokütlə qurğuları üçün bioreaktor |
8421 19 700 0 |
Biokütlə qurğuları üçün peyin separatorları |
8422 40 000 0 |
Biokütlə qurğuları üçün duru peyinin qablaşdırılması üçün avadanlıq |
8424 30 010 0 |
Günəş modulları şüşələrinin yuyulması üçün qurğu |
8428
|
Külək qurğusunun qülləsinin içərisində avadanlıqların və adamların qaldırılıb və endirilməsi üçün lift; biokütlə qurğuları və LED lampaların istehsalı üçün konveyerlər; günəş modullarında istifadə edilən şüşələrin daşınması üçün yarımavtomat qurğular |
1 |
2 |
8443 19 700 0 |
LED lampaların istehsalı üçün trafaret çap maşınları |
8456 10 001 0 |
Günəş modullarının kənarlarının kəsilməsi üçün lazer dəzgah |
8461 50 900 0 |
Günəş modulları üçün metal folqaların kəsilməsi üçün dəzgahlar |
8471 50 000 0 |
Külək enerjili elektrik qurğularında istifadə olunan, qurğunun parametrlərinə aid məlumatları toplamaq, saxlamaq və ötürmək üçün yaddaş qurğuları |
8479 50 000 0 8479 89 970 0 |
Günəş modullarının laminasiyası və modulların çərçivələnməsi, LED lampaların montajı və qablaşdırılması, LED lampaların istehsalı üçün SMD elektrik komponentlərinin avtomatik quraşdırılması və şüşə lövhələrin qaldırılması üçün qurğular |
8483 20 000 0 |
Külək enerjili elektrik qurğuları rotorunun çarx topları |
8483 40 590 0 |
Külək enerjili elektrik qurğularının reduktorları |
Qrup 85-dən |
|
8501 31 000 9 |
Günəş elektrik və günəş istilik stansiyaları üçün PV hüceyrələri və fotoelementləri, optik konsentratorlar |
8501 61 800 9 8501 62 000 9 8501 63 000 9 8501 64 000 0 |
Külək enerjili elektrik qurğuları, geotermal stansiyalar və kiçik su elektrik stansiyaları üçün generatorlar |
8502 39 800 0 |
Biokütlə qurğuları üçün resiver çənləri, bioqaz-elektrik generatorları, kogenerasiya qurğuları |
8503 00 990 0 |
Külək enerjili elektrik qurğusunun rotoru (turbini), qandolası (kabinəsi), rotorun pərləri, disk bağlayıcıları, istiqamətləndirici aparatlar, küləyin istiqamətini təyin edən quyruq hissə |
8504 21 000 0 8504 22 100 0 8504 22 900 0 8504 23 000 0 8504 32 000 0 8504 33 000 0 8504 34 000 0 |
Külək enerjili elektrik qurğuları, günəş elektrik və günəş istilik stansiyaları, biokütlə qurğuları və kiçik su elektrik stansiyaları üçün güc, yağ, yüksəldici və ölçü transformatorları |
1 |
2 |
8504 40 820 0 |
Kiçik su elektrik stansiyaları, günəş elektrik və günəş istilik stansiyaları, geotermal stansiyalar, biokütlə qurğuları və istilik nasosları üçün cərəyan düzləndiriciləri |
8504 40 840 9 8504 40 880 0 |
Külək enerjili elektrik qurğularının invertorları |
8514 10 800 0 |
LED lampaların istehsalı üçün lehim pastasını əritmə sobaları |
8515 19 000 0 |
Elektrik naqillərinin günəş modullarına lehimlənməsi üçün cihazlar |
8517 61 000 9 |
Kiçik su elektrik, günəş elektrik və günəş istilik stansiyaları, geotermal stansiyalar, biokütlə qurğuları, istilik nasosları və ölçü müşahidə stansiyaları üçün GSM radioötürücü qurğular |
8535 21 000 0 8535 29 000 0 |
Külək enerjili elektrik qurğuları, günəş elektrik və günəş istilik stansiyaları, kiçik su elektrik stansiyaları, geotermal stansiyalar və istilik nasosları üçün açarlar, yağ açarları |
8535 30 900 0 |
Külək enerjili elektrik qurğuları, günəş elektrik və günəş istilik stansiyaları və biokütlə qurğuları üçün ayırıcılar |
8535 40 000 0 |
Külək enerjili elektrik qurğularında quraşdırılması üçün ildırımötürənlər, ölçü-müşahidə stansiyaları üçün torpaqlama kabeli, paratoner dəsti |
8535 90 000 0 |
Kiçik su elektrik, günəş elektrik və günəş istilik stansiyaları üçün elektrik paylayıcıları |
8536 |
Külək enerjili elektrik qurğuları, günəş elektrik və günəş istilik stansiyaları, biokütlə qurğuları, ölçü müşahidə stansiyaları, günəş panelləri və LED lampalar istehsal edən zavod üçün ayırıcılar, kabellərin birləşdirilməsi və toplanılması üçün qutu, kabel birləşmələri, kabel-rozetka dəsti, günəş panellərinin bloku (klem qutusu) |
8537 10 990 0 8537 20 910 0 8537 20 990 0 |
Külək enerjili elektrik qurğuları, günəş elektrik və günəş istilik stansiyaları, kiçik su elektrik stansiyaları, geotermal stansiyalar, biokütlə qurğuları, istilik nasosları və ölçü-müşahidə stansiyaları üçün paylayıcı şit, idarəedici şkaflar, yüksəkgərginlikli mühafizəli kabinet |
1 |
2 |
8541 |
Günəş panelləri və LED lampalar istehsal edən zavod üçün LED lampaların çipləri (işıq diodları) Günəş panelləri, günəş elektrik və günəş istilik stansiyaları üçün PV və optik konsentratorlar Günəş elektrik və günəş istilik stansiyaları üçün PV və optik konsentratorlar |
8544 20 000 0 8544 49 200 0 8544 49 950 0 8544 49 990 0 8544 60 100 0 8544 60 900 0 8544 70 000 0 |
Külək enerjili elektrik qurğularında, günəş elektrik və günəş istilik stansiyalarında istifadə edilməsi üçün günəş panelləri və LED lampalar istehsal edən zavod üçün optik-lifli kabel (LVS), elektrik güc kabelləri, kommunikasiya kabelləri, birləşdirici naqillər |
Qrup 90-dan |
|
9015 80 110 0 9015 80 930 0 |
Ölçü-müşahidə stansiyaları üçün anemometr, piranometr, günəş elektrik və günəş istilik stansiyaları üçün günəş ölçü sistemi: aktinometr, pirqeliometr |
9026 20 200 0 |
Ölçü-müşahidə stansiyaları üçün pyezoelektrik hava təzyiqi sensoru |
9030 32 000 0 9030 89 300 0 |
Günəş modullarının elektrik xarakteristikalarının yoxlanılması üçün tester qutusu, LED lampaların elektrik xarakteristikalarının yoxlanılması üçün qurğu, kiçik su elektrik stansiyaları üçün tənzimləyici qurğu |
9032
|
Günəş elektrik və günəş istilik stansiyaları, geotermal stansiyalar, biokütlə qurğuları, istilik nasosları və kiçik su elektrik stansiyaları üçün avtomat elektron tənzimləyicilər, termostatlar |
27 августа 2020, 12:08
Распоряжение Президента Азербайджанской Республики О призыве с 1 по 30 октября 2020 года граждан Азербайджанской Республики на срочную действительную военную службу и увольнении в запас военнослужащих срочной действительной военной службы подробно...
24 августа 2020, 20:08
Распоряжение Президента Азербайджанской Республики О назначении Ф.А.Гурбатова главой Исполнительной власти Билясуварского района подробно...
24 августа 2020, 20:08
Распоряжение Президента Азербайджанской Республики О назначении Э.М.Багирова главой Исполнительной власти Саатлинского района подробно...
24 августа 2020, 20:08
Распоряжение Президента Азербайджанской Республики О награждении Ф.Г.Годжаева орденом «Истиглал» подробно...
20 августа 2020, 21:08
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах, связанных с продолжением работ по ликвидации последствий стихийного бедствия, произошедшего в Агсуинском и Шамахинском районах Азербайджанской Республики подробно...
20 августа 2020, 21:08
Распоряжение Президента Азербайджанской Республики Об освобождении Дж.Ф.Джафарова от должно подробно...
19 августа 2020, 18:08
Распоряжение Президента Азербайджанской Республики О проведении 100-летнего юбилея Гасана Сеидбейли подробно...
19 августа 2020, 18:08
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по улучшению обеспечения посевных площадей в Загатальском районе оросительной водой и удовлетворению потребностей населения в питьевой воде подробно...
19 августа 2020, 18:08
Распоряжение Президента Азербайджанской Республики О назначении М.Б.Эйнуллаева председателем Правления Азербайджанского инвестиционного холдинга подробно...
19 августа 2020, 18:08
Распоряжение Президента Азербайджанской Республики О награждении М.Косты орденом «Достлуг» подробно...