“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 755-VQD nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 755-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində müəyyən edilmiş məsuliyyətin təkmilləşdirilməsinə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.3. metro stansiyalarında və metro qatarlarında reklam daşıyıcılarının və reklamın yerləşdirilməsi qaydasının müəyyən edilməsi üçün “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.4. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-1-ci maddəsinə uyğun olaraq, açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydası barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.5. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-1-ci maddəsinə uyğun olaraq, açıq məkanda reklam yerləşdirilməsinə verilən icazənin və reklama dair texniki şərtlər pasportunun formasını, həmçinin icazə müqaviləsinin formasını və bağlanma qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində müəyyən etsin;
1.6. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı həmin əmlakın mülkiyyətçisi ilə (və ya onun barəsində sərəncam vermək hüququ olan şəxslə) müqavilə bağlanması və müvafiq məbləğin hesablanması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində müəyyən etsin;
1.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.8. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.9. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 822; 2016, № 8, maddə 1384, № 11, maddə 1821, № 12, maddə 2062) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.1.8-ci yarımbənddən “və 26.2-ci maddəsinin dördüncü cümləsinə” sözləri çıxarılsın;
2.2. 1.1.10-cu, 1.1.11-ci yarımbəndlər və 1.2-ci bənd ləğv edilsin;
2.3. 2.1-ci bənddə “20.8-ci maddəsində” sözləri “6.1.8-ci, 20.8-ci maddələrində, 26.1-ci maddəsinin ikinci cümləsində, 26.2-ci maddəsinin birinci və dördüncü cümlələrində, 26.2-1-ci maddəsində (açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydasına münasibətdə), 26.3-cü, 34.2-ci və 37.0.3-cü maddələrində ikinci halda” sözləri ilə əvəz edilsin;
2.4. 2.2-ci bənddə “26.2-ci maddəsinin dördüncü cümləsində” sözləri “26.2-1-ci maddəsində (açıq məkanda reklam yerləşdirilməsinə verilən icazənin və reklama dair texniki şərtlər pasportunun formasına, həmçinin icazə müqaviləsinin formasına və bağlanma qaydasına münasibətdə)” sözləri ilə əvəz edilsin, “, 34.4-cü” sözləri çıxarılsın;
2.5. 2.4-cü və 2.8-ci bəndlər aşağıdakı redaksiyada verilsin:
“2.4. həmin Qanunun 6.1.8-ci maddəsində, 26.1-ci maddəsinin ikinci cümləsində, 26.2-ci maddəsinin birinci və dördüncü cümlələrində, 34.2-ci və 37.0.3-cü maddələrində “qurum” dedikdə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzərdə tutulur;”;
“2.8. həmin Qanunun 26.3-cü maddəsində birinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi həyata keçirir, “qurum” dedikdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzərdə tutulur;”;
2.6. 2.5-ci bəndə “maddələrində” sözündən sonra “birinci halda” sözləri əlavə edilsin.
3. Müəyyən edilsin ki:
3.1. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
3.2. həmin Qanunun 3-cü maddəsində “qurum” dedikdə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzərdə tutulur.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
5. Bu Fərmanın 2-ci və 3-cü hissələri 2017-ci il avqustun 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 iyul 2017-ci il.
1 августа 2017, 09:0830 июля 2020, 21:07
Распоряжение Президента Азербайджанской Республики О мерах по реконструкции участка Огуз-Шеки автомобильной дороги Гарамарьям-Исмаиллы-Шеки подробно...
30 июля 2020, 21:07
Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству нового здания общеобразовательной школы в селе Зараган Габалинского района подробно...
30 июля 2020, 21:07
Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству нового здания общеобразовательной школы в селе Текле Мирзабаба Гобустанского района подробно...
30 июля 2020, 21:07
Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству здания новой общеобразовательной школы в городе Шеки подробно...
30 июля 2020, 21:07
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по улучшению обеспечения посевных площадей в Габалинском районе оросительной водой и удовлетворению потребностей населения в питьевой воде подробно...
28 июля 2020, 18:07
Распоряжение Президента Азербайджанской Республики О назначении Н.Э.Мустафаевой генеральным консулом Азербайджанской Республики в городе Стамбул Турецкой Республики подробно...
27 июля 2020, 18:07
Распоряжение Президента Азербайджанской Республики О назначении Э.Э.Амруллаева министром образования Азербайджанской Республики подробно...
24 июля 2020, 17:07
Распоряжение Президента Азербайджанской Республики О мерах по финансированию льгот, предоставляемых производителям сельскохозяйственной продукции за счет государственного бюджета подробно...
20 июля 2020, 18:07
Распоряжение Президента Азербайджанской Республики О мерах по ликвидации ущерба, причиненного гражданскому населению, государственному имуществу, в том числе инфраструктурным объектам в результате интенсивного обстрела Вооруженными силами Республики Армения Товузского района Азербайджанской Республики подробно...
20 июля 2020, 18:07
Распоряжение Президента Азербайджанской Республики Об отзыве А.Г.Керимова с должности постоянного представителя Азербайджанской Республики при ЮНЕСКО подробно...