“Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanını “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1036) ilə təsdiq edilmiş Əlavə 2 - “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 3.2.5-ci yarımbəndindən sonra nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.2.6-cı yarımbənd əlavə edilsin:
“3.2.6. ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 iyul 2017-ci il.
24 июля 2017, 10:0716 декабря 2014, 09:12
О награждении сотрудников Министерства по чрезвычайным ситуациям Азербайджанской Республики подробно...
16 декабря 2014, 09:12
Президенту Республики Казахстан Его Превосходительству господину Нурсултану Назарбаеву подробно...
16 декабря 2014, 09:12
Королю Бахрейна Его величеству шейху Хамаду бен Исе Аль Халифе подробно...
16 декабря 2014, 09:12
О присвоении Х.М.Наджафову почетного звания «Заслуженный инженер» подробно...
16 декабря 2014, 09:12
О присвоении Х.К.Керимову воинского звания генерал-майора подробно...
11 декабря 2014, 09:12
О дополнительных мерах по строительству автомобильной дороги Дегади-Пеликеш Астаринского района подробно...
10 декабря 2014, 09:12
О дополнительных мерах по строительству автомобильной дороги Балакен-Сарыбулаг-Габагчель-Халатала Балакенского района подробно...
9 декабря 2014, 09:12
О дополнительных мерах по строительству автомобильной дороги Джалилабад-Астанлы-Дженган-Солтанкенд Джалилабадского района подробно...
8 декабря 2014, 09:12
Президенту Финляндской Республики Его превосходительству господину Саули Ниинисте подробно...
8 декабря 2014, 09:12
О дополнительных мерах по строительству автомобильной дороги Газах-Гушчу Айрым Газахского района подробно...