Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”ni “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 161, № 12, maddə 1102; 2007, № 10, maddə 947; 2008, № 11, maddə 970; 2009, № 12, maddə 983; 2010, № 2, maddə 83; 2011, № 2, maddə 85; 2012, № 4, maddə 291, № 6, maddə 531, № 9, maddə 854; 2016, № 11, maddə 1805) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.20-ci bəndində “elmi araşdırmaları” sözlərindən sonra “Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 iyul 2017-ci il.
24 июля 2017, 10:0718 февраля 2014, 10:02
Промышленное производство в Азербайджане в январе рухнуло на 4% год к году подробно...
18 февраля 2014, 09:02
90-летие народного артиста Т.Ахмедова отметят на государственном уровне подробно...
18 февраля 2014, 09:02
Распоряжение Президента Азербайджанской Республики подробно...
17 февраля 2014, 12:02
Министр туризма Азербайджана озадачил участников рынка подробно...
17 февраля 2014, 09:02
Об утверждении «Концепции культуры Азербайджанской Республики» подробно...
17 февраля 2014, 09:02
О награждении орденом «Истиглал» А.М.Пашаева подробно...
17 февраля 2014, 09:02
О назначении С.Д.Джафарова председателем Закрытого акционерного общества «Азербайджанский комплекс по производству стали» подробно...
14 февраля 2014, 15:02
ЦБ Азербайджана: активизация кредитования реального сектора может потребовать законодательных поправок подробно...
14 февраля 2014, 10:02
«Справедливость к Ходжалы» получила государственное финансирование подробно...
14 февраля 2014, 09:02
О 100-летнем юбилее Лютфали Абдуллаева подробно...