Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 710 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 710 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”ni “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 710 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1464; 2016, № 11, maddə 1803; Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 may tarixli 1385 nömrəli və 16 may tarixli 1398 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 1.2-ci, 6.5-ci bəndlərə və 2.2.10-cu yarımbəndə “fundamental” sözündən sonra “, nəzəri-metodoloji, pedaqoji-metodiki” sözləri əlavə edilsin.
2. 2.1.15-ci yarımbənddə “Azərbaycan Respublikasının Qanununa” sözləri “və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarına” sözləri ilə əvəz edilsin.
3. 5.1-ci bəndə “mütəxəssis” sözündən sonra “, elmi” sözü əlavə edilsin.
4. 5.22-ci bənddə “formada dövlət nümunəli sənəd” sözləri “formalı dövlət sənədi” sözləri ilə əvəz edilsin.
5. 6.6.1-ci yarımbənddə “və tətbiqi-nəzəri araşdırmaların” sözləri “, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi tədqiqatların” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 iyul 2017-ci il.
24 июля 2017, 10:07
26 мая 2014, 10:05
О присвоении А.Г.Керимову дипломатического ранга чрезвычайного и полномочного посланника второго класса подробно...
26 мая 2014, 10:05
О назначении А.Г.Керимова постоянным представителем Азербайджанской Республики при ЮНЕСКО подробно...
23 мая 2014, 13:05
Об исполнении бюджета Государственного нефтяного фонда Азербайджанской Республики на 2013 год подробно...
22 мая 2014, 11:05
Счётная палата проконтролирует мероприятия по защите окружающей среды подробно...
22 мая 2014, 11:05
Допуск к государственной тайне уточняет Азербайджан подробно...
21 мая 2014, 12:05
Фондовые регуляторы Азербайджана и Польши заключили соглашение о сотрудничестве подробно...
20 мая 2014, 17:05
Министерство туризма готовит новый закон «О туризме» подробно...
20 мая 2014, 13:05
Клятва учителя впервые введена в Азербайджане подробно...
20 мая 2014, 13:05
В Азербайджане учителям официально запретили брать подарки и деньги за оказанные образовательные услуги подробно...
19 мая 2014, 16:05
Монетарная инфляция третий месяц ниже потребительской инфляции в Азербайджане подробно...