“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 713-VQD nömrəli Qanununun tətbiqi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 713-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 iyul 2017-ci il.

17 июля 2017, 10:07

http://www.azertag.net

261—270 из 3607

14 октября 2021, 07:10

Указ Президента Азербайджанской Республики О некоторых мерах по совершенствованию управления в области цифровизации, инноваций, высоких технологий и связи в Азербайджанской Республике   подробно...

14 октября 2021, 07:10

Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах, связанных с продолжением работ по реконструкции автомобильных дорог на территории Сабаильского района города Баку   подробно...

14 октября 2021, 07:10

Указ Президента Азербайджанской Республики О некоторых мерах по совершенствованию управления в области автомобильного транспорта   подробно...

14 октября 2021, 07:10

Указ Президента Азербайджанской Республики О некоторых мерах по совершенствованию управления в области морского транспорта   подробно...

14 октября 2021, 07:10

Указ Президента Азербайджанской Республики О совершенствовании управления в области государственной поддержки развития предпринимательства   подробно...

13 октября 2021, 08:10

Распоряжение Президента Азербайджанской Республики О проведении 100-летнего юбилея Кямиля Алиева   подробно...

8 октября 2021, 09:10

Распоряжение Президента Азербайджанской Республики О награждении военнослужащих Министерства обороны Азербайджанской Республики   подробно...

7 октября 2021, 09:10

Распоряжение Президента Азербайджанской Республики Об отзыве И.Х.Оруджева с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Кыргызской Республике   подробно...

7 октября 2021, 09:10

Распоряжение Президента Азербайджанской Республики О назначении Л.С.Гандилова чрезвычайным и полномочным послом Азербайджанской Республики в Кыргызской Республике   подробно...

7 октября 2021, 09:10

Распоряжение Президента Азербайджанской Республики О назначении М.И.Аднаевой главой Исполнительной власти Садаракского района Нахчыванской Автономной Республики   подробно...