Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

 

Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213; 2001, № 3, maddə 143, № 6, maddə 362, № 11, maddələr 672, 679, № 12, maddə 731; 2002, № 1, maddə 2, № 5, maddə 241, № 6, maddə 328; 2003, № 1, maddələr 9, 23; 2004, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 413, № 7, maddə 505, № 9, maddə 672, № 12, maddə 981; 2005, № 3, maddə 151, № 4, maddə 278, № 7, maddə 560, № 10, maddə 874, № 11, maddə 1001, № 12, maddə 1094; 2006, № 3, maddələr 220, 222, № 5, maddə 385, № 11, maddə 923, № 12, maddələr 1004, 1025, 1030; 2007, № 5, maddələr 401, 437, № 6, maddə 560, № 8, maddə 756, № 11, maddələr 1049, 1053; 2008, № 3, maddə 156, № 7, maddələr 600, 602, № 10, maddə 887, № 11, maddə 960; 2009, № 2, maddə 48, № 5, maddə 294, № 6, maddə 399, № 12, maddələr 949, 969; 2010, № 2, maddələr 70, 75, № 4, maddə 275; 2011, № 1, maddə 11, № 2, maddələr 70, 71, № 6, maddə 464, № 7, maddə 598; 2012, № 11, maddə 1054; 2013, № 2, maddələr 89, 101, № 11, maddə 1268; 2014, № 2, maddə 92, № 10, maddə 1162, № 11, maddə 1339, № 12, maddə 1527; 2015, № 2, maddə 97,   № 3, maddə 250, № 6, maddə 680; 2016, № 2 (I kitab), maddələr 190, 201,     № 5, maddə 847, № 11, maddə 1767) aşağıdakı dəyişikliklər edilsin:

 

1.1. 45-ci maddənin 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

 

“1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.”

 

1.2. 73-cü maddənin 1-ci hissəsinin ikinci cümləsində “Müddətli” sözü “Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli” sözləri ilə əvəz edilsin.

 

1.3. 77-ci maddə üzrə:

 

1.3.1. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:

 

“1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:

 

bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;

 

bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;

 

beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;

 

on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.”;

 

1.3.2. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:

 

“3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:

 

bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;

 

bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;

 

beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;

 

on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.”

 

1.3.3. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:

 

“4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.”;

 

1.3.4. 5-ci hissə ləğv edilsin;

 

1.3.5. 6-cı hissədə “işçilərin işə düzəldiyi dövr ərzində daha uzun müddətə orta əməkhaqqının saxlanılması, habelə” sözləri çıxarılsın, “üçüncü” sözündən sonra “, dördüncü” sözü əlavə edilsin.

 

Maddə 2. Bu Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 31 may 2017-ci il.

14 июня 2017, 09:06

http://www.azertag.net

3551—3560 из 3607

24 января 2014, 09:01

Азербайджан отказался от ассоциации с ЕС ради более высокого уровня партнёрства – президент Алиев   подробно...

24 января 2014, 09:01

Иран и Азербайджан провели переговоры на высшем уровне   подробно...

23 января 2014, 16:01

Центральный банк Азербайджана выступил с заявлением в связи с интересом к Bitcoin   подробно...

23 января 2014, 09:01

Страхование от несчастных случаев и климатических изменений – предмет переговоров на высшем уровне Азербайджана и Swiss Re   подробно...

23 января 2014, 09:01

Президенты Азербайджана и EBRD провели переговоры в Давосе   подробно...

22 января 2014, 15:01

В Азербайджане для снижения налоговых долгов будут внесены поправки в Налоговый кодекс   подробно...

22 января 2014, 15:01

Молодёжные общественные объединения Азербайджана активно встраиваются в глобальные сети таких учреждений   подробно...

22 января 2014, 15:01

Общественные советы с НПО будут созданы при Госкомитете по имущественным вопросам   подробно...

22 января 2014, 09:01

Государственный таможенный комитет: в Азербайджане практически нет почтовой внешней торговли   подробно...

22 января 2014, 09:01

Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по ускорению социально-экономического развития Гейгельского района   подробно...