“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 26-cı bəndlərini rəhbər tutaraq, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Reklam haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 812; 2016, № 11, maddə 1755, № 12, maddə 1996; Azərbaycan Respublikasının 2017-ci il 1 fevral tarixli 512-VQD nömrəli Qanunu) 29.1-ci maddəsinin ikinci abzasında “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumu və ya akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar” sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:
“Bu maddənin ikinci abzasında nəzərdə tutulmuş uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 aprel 2017-ci il.
6 июня 2017, 10:0620 октября 2014, 09:10
О присвоении почетного звания «Заслуженный инженер» группе энергетиков Азербайджана подробно...
20 октября 2014, 09:10
О награждении медалью «Терегги» энергетиков Азербайджана подробно...
20 октября 2014, 09:10
О помиловании ряда осужденных лиц подробно...
17 октября 2014, 09:10
Участникам Международной конференции «Железнодорожная линия Баку-Тбилиси-Карс – новые возможности в развитии коридора Шелкового пути» подробно...
16 октября 2014, 09:10
О мерах по улучшению экологического состояния Зыхского озера подробно...
14 октября 2014, 09:10
О награждении орденом «Шараф» М.А.Мамедъярова подробно...
14 октября 2014, 09:10
О присвоении почетных званий лицам, имеющим заслуги в социально-экономическом развитии Абшеронского района подробно...
14 октября 2014, 09:10
О присвоении Р.Г.Абдуллаеву и Ч.А.Мамедову почетного звания «Заслуженный инженер» подробно...
14 октября 2014, 09:10
О награждении работников Закрытого акционерного общества «Азербайджан Демир Йоллары» подробно...
14 октября 2014, 09:10
О предоставлении И.Н.Алиеву и Э.Х.Гаджиеву персональной пенсии Президента Азербайджанской Республики подробно...