“Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 592-VQD nömrəli Qanununun tətbiqi və “Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 747 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 592-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. “Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 747 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 497; 2003, № 10, maddələr 546, 571; 2007, № 6, maddə 601; 2008, № 9, maddə 798; 2009, № 4, maddə 226) 2-ci hissəsinin yeddinci abzasından “və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri çıxarılsın, cümlənin sonunda “keçirirlər” sözü “keçirir” sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 iyun 2017-ci il.
6 июня 2017, 09:062 апреля 2014, 16:04
Отменено регулирование цен на топливо экологического стандарта Евро-5 подробно...
2 апреля 2014, 16:04
Внутренний туризм в Азербайджане находится «в загоне»: он не интересен большинству туристических компаний подробно...
2 апреля 2014, 12:04
Завершается общественное обсуждение законопроекта об аудиторской деятельности в Азербайджане подробно...
2 апреля 2014, 09:04
PwC аудировала Национальный фонд поддержки предпринимательства за 2013 год подробно...
2 апреля 2014, 09:04
Прекращён приём документов для регистрации недвижимости в Азербайджане подробно...
2 апреля 2014, 09:04
О дополнительных мерах по строительству автомобильной дороги Исмаиллы-Гёйтепе-Рушан-Галынчаг Исмаиллинского района подробно...
1 апреля 2014, 17:04
Азербайджан утверждается в статусе социального государства подробно...
1 апреля 2014, 15:04
Министерство юстиции проводит тендер на строительство административного здания подробно...
1 апреля 2014, 17:04
C 2015–2016 учебного года Азербайджан переходит на 35-недельную систему среднего образования и упрощает учебную программу подробно...
1 апреля 2014, 15:04
Начат очередной конкурс на замещение вакансий на государственной службе подробно...