Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 567 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının) nümunəsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 567 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 582; 2003, № 8, maddə 441; 2005, № 9, maddə 800; 2009, № 6, maddə 419; 2014, № 7, maddə 790; 2015, № 3, maddə 265) ilə təsdiq edilmiş “Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının) nümunəsi”nin 4.4-cü bəndindən “arzusuna uyğun olaraq nağd yolla iş yerində ödənilir və ya” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 may 2017-ci il.
31 мая 2017, 09:05
28 марта 2014, 13:03
Азербайджан материально поддержит посланника ООН по делам молодёжи подробно...
28 марта 2014, 12:03
Комитет по стандартизации: в Азербайджане пока не рассматривается вопрос утилизации старых автомобилей подробно...
28 марта 2014, 12:03
Азербайджан уточнил возраст автомобилей, импорт которых будет закрыт с 1 апреля подробно...
28 марта 2014, 11:03
Реальная средняя оплата труда в Азербайджане ускорила темп роста подробно...
28 марта 2014, 10:03
Национальный фонд поддержки предпринимательства предоставил более 10% льготных кредитов в 2014 году подробно...
28 марта 2014, 09:03
О дополнительных мерах по строительству автомобильной дороги Сымада-Гараевкенд Саатлинского района подробно...
27 марта 2014, 12:03
О присвоении сотрудникам Министерства национальной безопасности Азербайджанской Республики высших воинских званий подробно...
27 марта 2014, 12:03
О присвоении Э.А.Махмудову высшего воинского звания генерал-полковника подробно...
27 марта 2014, 11:03
Повышены оклады тренеров национальных сборных команд по олимпийским видам спорта подробно...
19 марта 2014, 16:03
Министерство образования приветствовало распоряжение президента Азербайджана о бесплатном обучении ряда категорий граждан подробно...