“Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 604-VQD nömrəli Qanununun tətbiqi və “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 667 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 604-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 667 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 50; 2009, № 4, maddə 226; 2014, № 10, maddə 1208) 2-ci hissəsinin səkkizinci abzasında “və 24.1-ci maddələrində” sözləri “maddəsində” sözü ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 may 2017-ci il.

31 мая 2017, 09:05

http://www.azertag.net

881—890 из 3607

22 октября 2019, 08:10

Распоряжение Президента Азербайджанской Республики О присвоении почетного звания «Народный артист» эстрадным исполнителям Азербайджанской Республики   подробно...

22 октября 2019, 08:10

Распоряжение Президента Азербайджанской Республики О награждении Г.Г.Гурбанова орденом «Шохрат»   подробно...

17 октября 2019, 08:10

Распоряжение Президента Азербайджанской Республики О награждении М.Х. Ахмедова орденом «Эмек» 3-й степени   подробно...

17 октября 2019, 08:10

Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по борьбе с селем на реке Гейчай на территории Гейчайского района   подробно...

16 октября 2019, 07:10

Распоряжение Президента Азербайджанской Республики О награждении И.А.Габиббейли орденом «За службу Отечеству» 1-й степени   подробно...

9 октября 2019, 08:10

ПОСТАНОВЛЕНИЕ Милли Меджлиса Азербайджанской Республики О даче согласия на назначение А.И.Асадова премьер-министром Азербайджанской Республики   подробно...

9 октября 2019, 08:10

Распоряжение Президента Азербайджанской Республики Об освобождении Н.И.Мамедова от должности Премьер-министра Азербайджанской Республики   подробно...

9 октября 2019, 08:10

Распоряжение Президента Азербайджанской Республики О назначении А.И.Асадова Премьер-министром Азербайджанской Республики   подробно...

4 октября 2019, 08:10

Распоряжение Президента Азербайджанской Республики О награждении медалью «Терегги» работников образования Азербайджанской Республики   подробно...

4 октября 2019, 08:10

Распоряжение Президента Азербайджанской Республики О присвоении почетного звания «Заслуженный учитель» работникам образования Азербайджанской Республики   подробно...