“Taxıl haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 605-VQD nömrəli Qanununun tətbiqi və "Taxıl haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 959 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Taxıl haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 605-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Taxıl haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Taxıl haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Taxıl haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 959 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 564; 2014, № 5, maddə 477; 2015, № 2, maddə 131; 2016, № 8, maddə 1384) 1-ci hissəsinin ikinci abzasından “14.2-ci,” sözləri çıxarılsın.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 may 2017-ci il.

31 мая 2017, 09:05

http://www.azertag.net

3121—3130 из 3607

17 июля 2014, 09:07

О проведении 100-летнего юбилея академика Валиды Тутаюг   подробно...

17 июля 2014, 09:07

О награждении Р.Г.Алиева орденом «Истиглал»   подробно...

17 июля 2014, 09:07

О мерах по усовершенствованию выездных услуг, оказываемых Государственным агентством по услугам гражданам и социальным инновациям при Президенте Азербайджанской Республики   подробно...

17 июля 2014, 09:07

О награждении Т.М.Зейналова орденом «Шохрат»   подробно...

16 июля 2014, 17:07

Президент Алиев открыл первую солнечную электростанцию в Азербайджане   подробно...

16 июля 2014, 12:07

С 1 ноября Азербайджан вводит таможенное декларирование при экспорте товаров   подробно...

15 июля 2014, 17:07

«Бакинский метрополитен» получил уставный капитал в 1,77 млрд. манатов   подробно...

15 июля 2014, 15:07

В Азербайджане подготовлены Национальные квалификационные рамки   подробно...

15 июля 2014, 13:07

Азербайджан усовершенствует систему прогнозирования рынка труда   подробно...

14 июля 2014, 15:07

Правительство Азербайджана, BP и SOCAR готовят план действий по развитию рынка труда   подробно...