“Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 610-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 610-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 may 2017-ci il.
31 мая 2017, 09:054 марта 2014, 17:03
Министерство финансов Азербайджана выдало первые лицензии страховым компаниям по оказанию услуг перестрахования подробно...
4 марта 2014, 16:03
Омбудсмен выступила за увеличение числа женщин-полицейских и возврат детских садов Министерству образования подробно...
4 марта 2014, 11:03
Министерство транспорта Азербайджана отберёт столичные маршруты у предпринимателей-нарушителей подробно...
4 марта 2014, 09:03
О дополнительных мерах по развитию предпринимательства подробно...
3 марта 2014, 11:03
В Азербайджане утверждены коэффициенты для зонирования территорий подробно...
3 марта 2014, 09:03
О проведении 100-летнего юбилея Алиша Лемберанского подробно...
3 марта 2014, 09:03
О награждении Р.М.Сейфуллаева орденом «Шохрат» подробно...
3 марта 2014, 09:03
Об освобождении К.М.Абдуллаева от должности ректора Бакинского славянского университета- подробно...
28 февраля 2014, 14:02
Министр образования: основные проблемы дошкольного образования в Азербайджане – содержание, воспитатели и инфраструктура подробно...
28 февраля 2014, 16:02
Министерство финансов: внешний государственный долг Азербайджана к началу 2014 года не превышал 8,2% ВВП подробно...