“Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 632-VQD nömrəli Qanununun tətbiqi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 632-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.5-ci maddəsinə uyğun olaraq yerləşmə vasitələri hesab edilən mehmanxana tipli obyektlərin və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektlərinin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində müəyyən etsin;

1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.5-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 may 2017-ci il.

 

31 мая 2017, 09:05

http://www.azertag.net

131—140 из 3607

3 августа 2022, 14:08

Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству автомобильной дороги Алиабад-Хырмандалы-Бейдили Билясуварского района   подробно...

1 августа 2022, 15:08

Распоряжение Президента Азербайджанской Республики О некоторых мерах по строительству автомобильной дороги Мюсюслю-Тезе Шильян-Баргушад-Багбан-Юхары Шильян-Боят-Газьян Уджарского района   подробно...

28 июля 2022, 20:07

Указ Президента Азербайджанской Республики О некоторых мерах по совершенствованию управления в области науки и образования в Азербайджанской Республике   подробно...

28 июля 2022, 14:07

Распоряжение Президента Азербайджанской Республики О некоторых мерах, связанных с продолжением работ по реконструкции автомобильных дорог на территории Низаминского района города Баку   подробно...

27 июля 2022, 15:07

Распоряжение Президента Азербайджанской Республики О некоторых мерах, связанных с продолжением работ по реконструкции автомобильных дорог на территории Сабунчинского района города Баку   подробно...

22 июля 2022, 16:07

Распоряжение Президента Азербайджанской Республики Об утверждении «Стратегии социально-экономического развития Азербайджанской Республики на 2022-2026 годы»   подробно...

21 июля 2022, 19:07

Распоряжение Президента Азербайджанской Республики Об освобождении Р.Ч.Наджафа от должности первого вице-президента Государственной нефтяной компании Азербайджанской Республики   подробно...

21 июля 2022, 19:07

Распоряжение Президента Азербайджанской Республики О назначении Р.Ч.Наджафа президентом Государственной нефтяной компании Азербайджанской Республики   подробно...

19 июля 2022, 19:07

Распоряжение Президента Азербайджанской Республики Об освобождении А.Ш.Сулейманова от должности ректора Азербайджанского технологического университета   подробно...

18 июля 2022, 15:07

Распоряжение Президента Азербайджанской Республики О назначении Ш.С.Багирова первым заместителем председателя Государственного таможенного комитета Азербайджанской Республики   подробно...