“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzarət-təftiş xidməti haqqında Əsasnamə”sində dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 7 aprel tarixli 578-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 may 2017-ci il tarixli Sərəncamının 2-ci hissəsinin icrası məqsədi ilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

 

1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2013-cü il 5 iyun tarixli 5/24 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzarət-təftiş xidməti haqqında Əsasnamə”nin 1.3-cü bəndində “Azərbaycan Respublikasının Mərkəzi Bankının” sözləri “maliyyə bazarlarına nəzarət orqanının” sözləri ilə əvəz edilsin.

2. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

 

Sədr            Məzahir Pənahov

Katib            Arifə Muxtarova

Katib            Mikayıl Rəhimov

 

30 мая 2017, 09:05

http://www.azertag.net

1781—1790 из 3607

2 августа 2017, 09:08

О назначении В.Р.Абдуллаева заместителем исполнительного директора Фонда страхования вкладов   подробно...

1 августа 2017, 09:08

О награждении X.И. Шихсаидова орденом «Dostluq» («Дружба»)   подробно...

1 августа 2017, 09:08

О присвоении почетных званий деятелям кино Азербайджана   подробно...

1 августа 2017, 09:08

О проведении 75-летнего юбилея Муслима Магомаева   подробно...

1 августа 2017, 09:08

О награждении Ч.А.Ганизаде орденом «Шохрат»   подробно...

31 июля 2017, 10:07

О мерах по строительству автомобильной дороги Уджар-Герайбейли-Растаджа Уджарского района   подробно...

27 июля 2017, 09:07

О дополнительных мерах по строительству автомобильной дороги Ени Дашкенд-Умудалылар Бардинского района   подробно...

27 июля 2017, 09:07

О награждении А.И.Годжаева орденом «За службу Отечеству» 2-й степени   подробно...

26 июля 2017, 09:07

О создании Гаджигабульского промышленного квартала   подробно...

25 июля 2017, 09:07

О мерах по строительству автомобильной дороги Зиря-Тюркан Хазарского района города Баку   подробно...