“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 927-IVQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 927-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 22 aprel 2014-cü il.

 

 

23 апреля 2014, 09:04

http://www.azertag.net

2161—2170 из 3607

2 августа 2016, 09:08

О дополнительных мерах по строительству автомобильной дороги Хызы-Алтыагадж Хызинского района   подробно...

1 августа 2016, 08:08

О дополнительных мерах по строительству автомобильной дороги Алар-Тезекенд-Учтепе-Алигасымлы-Джафарханлы Джалилабадского района   подробно...

1 августа 2016, 08:08

О мерах по строительству автомобильной дороги Локбатан-Гобу Гарадагского района города Баку   подробно...

29 июля 2016, 09:07

О мерах по строительству автомобильной дороги Бинагади-Новханы-Джорат   подробно...

28 июля 2016, 09:07

Акт референдума Азербайджанской Республики «О внесении изменений в Конституцию Азербайджанской Республики»   подробно...

28 июля 2016, 09:07

ПОСТАНОВЛЕНИЕ Пленума Конституционного суда Азербайджанской Республики   подробно...

28 июля 2016, 09:07

О дополнительных мерах по строительству автомобильной дороги Геранбой - Юхары Агджакенд Геранбойского района   подробно...

27 июля 2016, 09:07

О создании Государственной комиссии в связи со взрывом, произошедшим на заводе «Араз» Министерства оборонной промышленности Азербайджанской Республики   подробно...

27 июля 2016, 09:07

О некоторых мерах по реконструкции внутрипоселковых автомобильных дорог Пираллахинского района города Баку   подробно...

27 июля 2016, 09:07

О проведении всенародного голосования (референдума) в целях внесения изменений в Конституцию Азербайджанской Республики   подробно...