Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”ni “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 483-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 258, № 12, maddə 1058; 2009, № 2, maddə 75, № 7, maddə 532, № 8, maddə 618, № 10, maddə 776; 2010, № 2, maddə 88, № 7, maddə 610, № 8, maddə 717, № 9, maddə 770; 2011, № 4, maddə 282, № 10, maddə 891; 2012, № 8, maddə 787; 2013, № 9, maddə 1046, № 11, maddələr 1321, 1339; 2014, № 2, maddə 122, № 9, maddələr 1027, 1062; 2015, № 2, maddə 121, № 5, maddələr 521, 543, № 9, maddə 989; 2016, № 2, (II kitab), maddə 228, № 3, maddə 470, № 5, maddələr 869, 879, № 9, maddə 1464, № 10, maddə 1643, № 11, maddə 1816; 2017, № 2, maddə 173) ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”nin 10.2.1.4-cü yarımbəndinə “icazələr” sözündən sonra “, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması və ya onlara qaçqın statusunun verilməsi” sözləri əlavə edilsin və həmin yarımbənddən “, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılması” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 may 2017-ci il.
19 мая 2017, 09:0521 июля 2017, 10:07
О награждении Ф.С.Гаджиева орденом «За службу Отечеству» 2-й степени подробно...
21 июля 2017, 10:07
О присвоении А.А.Алекберову почетного звания «Заслуженный учитель» подробно...
21 июля 2017, 10:07
О награждении А.И.Велиева орденом «За службу Отечеству» 2-й степени подробно...
20 июля 2017, 10:07
О проведении 100-летнего юбилея Махлуги Садыховой подробно...
20 июля 2017, 10:07
О выделении единовременной финансовой помощи газетам, издающимся в Азербайджанской Республике подробно...
20 июля 2017, 10:07
О дополнительных мерах по усилению социальной защиты сотрудников средств массовой информации подробно...
20 июля 2017, 10:07
О назначении А.А.Зейналлы чрезвычайным и полномочным послом Азербайджанской Республики в Китайской Народной Республике подробно...
18 июля 2017, 10:07
О награждении Т.Г.Мамедова «Почетным дипломом Президента Азербайджанской Республики» подробно...
17 июля 2017, 10:07
О 100-летнем юбилее академика Гасана Абдуллаева подробно...
17 июля 2017, 10:07
О мерах по строительству автомобильной дороги Имишли-Отузики-Гарагашлы Имишлинского района подробно...