Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4, II kitab, maddə 251, № 5, maddə 323, № 12, maddə 835; 2001, № 1, maddə 24, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddələr 236, 248, 258, № 6, maddə 326, № 8, maddə 465; 2003, № 6, maddələr 276, 279, № 8, maddələr 424, 425, № 12, I kitab, maddə 676; 2004, № 1, maddə 10, № 4, maddə 200, № 5, maddə 321, № 8, maddə 598, № 10, maddə 762, № 11, maddə 900; 2005, № 1, maddə 3, № 6, maddə 462, № 7, maddə 575, № 10, maddə 904, № 11, maddə 994; 2006, № 2, maddələr 71, 72, 75, № 5, maddə 390, № 12, maddələr 1008, 1020, 1028; 2007, № 2, maddə 68, № 5, maddə 398, № 6, maddələr 560, 562, 579, № 8, maddə 757, № 10, maddələr 937, 941, № 11, maddələr 1049, 1080, 1090, № 12, maddə 1221; 2008, № 6, maddələr 454, 461, № 7, maddə 602, № 10, maddə 884, № 12, maddələr 1047, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 953; 2010, № 2, maddə 70, № 3, maddələr 171, 178, № 4, maddələr 275, 276, № 7, maddə 591; 2011, № 4, maddə 253, № 5, maddə 472, № 7, maddələr 587, 601, 621, № 11, maddə 980, № 12, maddə 1093; 2012, № 2, maddə 45, № 3, maddələr 193, 196, № 7, maddələr 666, 669, 673, № 11, maddə 1068, № 12, maddə 1223; 2013, № 1, maddə 14, № 2, maddə 102, № 4, maddə 364, № 5, maddələr 459, 479, 481, № 6, maddələr 594, 600, № 11, maddələr 1264, 1286, 1312, № 12, maddə 1492; 2014, № 2, maddələr 89, 95, № 4, maddə 327, № 6, maddələr 618, 622; 2015, № 4, maddələr 339, 359, 368, № 5, maddələr 504, 508, 510, № 6, maddələr 678, 690, 692, № 11, maddələr 1253, 1268, 1289, 1298, № 12, maddələr 1437, 1445; 2016, № 4, maddələr 634, 636, 638, 653, № 5, maddə 845, № 6, maddələr 993, 1001, № 12, maddələr 1983, 1999, 2008, 2019, 2038, 2048; 2017, № 2, maddə 161; Azərbaycan Respublikasının 2017-ci il 1 fevral tarixli 508-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 190-cı maddənin “Qeyd” hissəsinə “200-2.1,” rəqəmlərindən sonra “201-1.1,” rəqəmləri, “200-2.3,” rəqəmlərindən sonra isə “201-1.2,” rəqəmləri əlavə edilsin.

2. Aşağıdakı redaksiyada 201-1-ci maddə əlavə edilsin:

 

“Maddə 201-1. Hüquqi şəxslərə aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulması, yaxud belə əqdlərlə əlaqədar qanunla müəyyən edilmiş qaydada məlumatların təqdim edilməməsi

201-1.1. Hüquqi şəxslərə aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulması, yaxud belə əqdlərlə əlaqədar qanunla müəyyən edilmiş qaydada məlumatların təqdim edilməməsi xeyli miqdarda ziyan vurmaqla və ya xeyli miqdarda gəlir əldə etməklə törədildikdə–

 

cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

201-1.2. Eyni əməllər külli miqdarda ziyan vurmaqla və ya külli miqdarda gəlir əldə etməklə törədildikdə –

cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç mislindən beş mislinədək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 25 aprel 2017-ci il.

19 мая 2017, 09:05

http://www.azertag.net

2151—2160 из 3607

10 августа 2016, 09:08

О награждении медалью «Терегги» работников Открытого акционерного общества «Азеришыг»   подробно...

10 августа 2016, 09:08

О предоставлении Ф.А.Мамедову персональной пенсии Президента Азербайджанской Республики   подробно...

10 августа 2016, 09:08

О присвоении Б. Г. Рзаеву почетного звания «Заслуженный инженер»   подробно...

8 августа 2016, 09:08

О мерах по благоустройству территории, прилегающей к комплексу мечети Тезепир   подробно...

8 августа 2016, 09:08

О назначении Ф.Х.Кязымова председателем Правления Открытого акционерного общества «Ипотечный фонд Азербайджана»   подробно...

5 августа 2016, 09:08

О некоторых мерах по улучшению дорожно-транспортной инфраструктуры и проведению работ по благоустройству вокруг площади Физули на территории Ясамальского района города Баку   подробно...

4 августа 2016, 09:08

О отмене Распоряжения Президента Азербайджанской Республики «Об учреждении премий «Лучшее общеобразовательное учреждение» и «Лучший учитель» от 4 сентября 2007 года номер 2373 и некоторых вопросах по реализации «Плана действий, связанных с осуществлением «Государственной стратегии по развитию образования в Азербайджанской Республике», утвержденного Распоряжением Президента Азербайджанской Республики от 19 января 2015 года номер 995   подробно...

4 августа 2016, 09:08

О дополнительных мерах по строительству автомобильной дороги Гюнешли-Агайры-Исметли-Аранлы-Чинарлы-Алиабад Билясуварского района   подробно...

3 августа 2016, 09:08

О награждении орденом «Достлуг» Р.Г.Абдулатипова   подробно...

3 августа 2016, 09:08

О мерах по строительству автомобильной дороги Зых-Амирджан-Ени Сураханы Сураханского района города Баку   подробно...