“Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 929-IVQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 929-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 aprel 2014-cü il.
23 апреля 2014, 09:0416 декабря 2014, 09:12
О награждении сотрудников Министерства по чрезвычайным ситуациям Азербайджанской Республики подробно...
16 декабря 2014, 09:12
Президенту Республики Казахстан Его Превосходительству господину Нурсултану Назарбаеву подробно...
16 декабря 2014, 09:12
Королю Бахрейна Его величеству шейху Хамаду бен Исе Аль Халифе подробно...
16 декабря 2014, 09:12
О присвоении Х.М.Наджафову почетного звания «Заслуженный инженер» подробно...
16 декабря 2014, 09:12
О присвоении Х.К.Керимову воинского звания генерал-майора подробно...
11 декабря 2014, 09:12
О дополнительных мерах по строительству автомобильной дороги Дегади-Пеликеш Астаринского района подробно...
10 декабря 2014, 09:12
О дополнительных мерах по строительству автомобильной дороги Балакен-Сарыбулаг-Габагчель-Халатала Балакенского района подробно...
9 декабря 2014, 09:12
О дополнительных мерах по строительству автомобильной дороги Джалилабад-Астанлы-Дженган-Солтанкенд Джалилабадского района подробно...
8 декабря 2014, 09:12
Президенту Финляндской Республики Его превосходительству господину Саули Ниинисте подробно...
8 декабря 2014, 09:12
О дополнительных мерах по строительству автомобильной дороги Газах-Гушчу Айрым Газахского района подробно...