“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 2 may tarixli 665-VQD nömrəli Qanununun tətbiqi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 2 may tarixli 665-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 may 2017-ci il.

18 мая 2017, 09:05

http://www.azertag.net

3371—3380 из 3607

2 апреля 2014, 16:04

Отменено регулирование цен на топливо экологического стандарта Евро-5   подробно...

2 апреля 2014, 16:04

Внутренний туризм в Азербайджане находится «в загоне»: он не интересен большинству туристических компаний   подробно...

2 апреля 2014, 12:04

Завершается общественное обсуждение законопроекта об аудиторской деятельности в Азербайджане   подробно...

2 апреля 2014, 09:04

PwC аудировала Национальный фонд поддержки предпринимательства за 2013 год   подробно...

2 апреля 2014, 09:04

Прекращён приём документов для регистрации недвижимости в Азербайджане   подробно...

2 апреля 2014, 09:04

О дополнительных мерах по строительству автомобильной дороги Исмаиллы-Гёйтепе-Рушан-Галынчаг Исмаиллинского района   подробно...

1 апреля 2014, 17:04

Азербайджан утверждается в статусе социального государства   подробно...

1 апреля 2014, 15:04

Министерство юстиции проводит тендер на строительство административного здания   подробно...

1 апреля 2014, 17:04

C 2015–2016 учебного года Азербайджан переходит на 35-недельную систему среднего образования и упрощает учебную программу   подробно...

1 апреля 2014, 15:04

Начат очередной конкурс на замещение вакансий на государственной службе   подробно...