“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 10, maddə 569; 2001, № 12, maddə 736; 2005, № 8, maddə 692; 2006, № 11, maddə 928; 2007, № 6, maddə 560; 2008, № 8, maddə 695, № 11, maddə 960; 2009, № 12, maddə 966; 2013, № 4, maddə 357; Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 846-IVQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 7-ci maddənin ikinci hissəsi ləğv edilsin;
2. 9-cu maddənin ikinci hissəsində “qanunvericiliyinə uyğun olaraq” sözləri “Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda” sözləri ilə əvəz edilsin;
3. 11-ci maddədə “qanunvericiliyi” sözü “qanunları” sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 aprel 2014-cü il.
23 апреля 2014, 09:0424 июня 2016, 09:06
Об освобождении А.А.Гаджиева от должности ректора Бакинского славянского университета подробно...
24 июня 2016, 09:06
О назначении Н.М. Алиевой ректором Бакинского славянского университета подробно...
24 июня 2016, 09:06
Об освобождении Дж.М.Джафарова от должности ректора Азербайджанского университета туризма и менеджмента подробно...
24 июня 2016, 09:06
О назначении Дж.М.Джафарова ректором Азербайджанского государственного педагогического университета подробно...
24 июня 2016, 09:06
О награждении А.М.Гасымова орденом «За заслуги перед Родиной» 3-й степени подробно...
23 июня 2016, 09:06
О награждении государственных служащих подробно...
23 июня 2016, 09:06
О присвоении Н.Г.Азизову почетного звания «Заслуженный государственный служащий» подробно...
23 июня 2016, 09:06
О некоторых вопросах ипотечного кредитования в Азербайджанской Республике подробно...
22 июня 2016, 09:06
О награждении сотрудников Государственного комитета Азербайджанской Республики по работе с религиозными образованиями подробно...
20 июня 2016, 09:06
О присвоении сотрудникам Азербайджанского университета архитектуры и строительства почетного звания «Заслуженный учитель» подробно...