“Dövlət qulluqçularının icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 933-IVQ nömrəli Qanununun tətbiqi və “Dövlət qulluqçularının icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 may tarixli 711 nömrəli Fərmanının ləğvi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Dövlət qulluqçularının icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 933-IVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dövlət qulluqçularının icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. “Dövlət qulluqçularının icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 may tarixli 711 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 278) ləğv edilsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dövlət qulluqçularının icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 aprel 2014-cü il.
23 апреля 2014, 09:04
9 июня 2014, 13:06
UNICEF и Азербайджан приняли план на 2014–2015 годы подробно...
9 июня 2014, 09:06
О дополнительных мерах по развитию животноводства в Азербайджанской Республике подробно...
9 июня 2014, 09:06
О дополнительных мерах по строительству автомобильной дороги Хокмали-Гобу-Локбатан-Гюздек-Пута Абшеронского района подробно...
6 июня 2014, 15:06
ЕС помогает Азербайджану интегрироваться в Европейское пространство высшего образования подробно...
6 июня 2014, 14:06
Министр образования Азербайджана проведёт тренинги для учителей общеобразовательных школ подробно...
6 июня 2014, 09:06
О награждении орденом «Истиглал» В.С.Векилова подробно...
5 июня 2014, 15:06
О присвоении почетного звания «Заслуженный инженер» работникам водного хозяйства и мелиорации подробно...
5 июня 2014, 15:06
О награждении медалью «Терегги» работников водного хозяйства и мелиорации подробно...
5 июня 2014, 09:06
О дополнительной поддержке обеспечению производителей сельскохозяйственной продукции сельскохозяйственной техникой подробно...
4 июня 2014, 09:06
О награждении орденом «Шохрат» Ш.М.Юсуповой подробно...