Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 iyul tarixli 121 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 iyul tarixli 121 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”ni “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 dekabr tarixli 1168 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 iyul tarixli 121 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 7, maddə 524; 2011, № 2, maddə 85; 2013, № 6, maddə 632; 2015, № 2, maddə 126; 2016, № 2 (II kitab), maddə 238, № 9, maddə 1478) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 9.18-ci bənddə “Prezidenti yanında Təhsil üzrə Komissiya” sözləri “Nazirlər Kabineti” sözləri ilə əvəz edilsin.
2. 9.18-1-ci bənd ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 may 2017-ci il.
16 мая 2017, 06:05
4 апреля 2014, 16:04
О награждении орденом «Шараф» Ш.Г.Ханбабаева подробно...
4 апреля 2014, 15:04
Введён запрет на любую деятельность в 3 километрах от побережья Каспийского моря подробно...
4 апреля 2014, 11:04
Азербайджан информировал ILO о прогрессе с развитием достойного труда подробно...
4 апреля 2014, 08:04
О проведении 100-летнего юбилея Барат Шекинской подробно...
4 апреля 2014, 08:04
О награждении орденом «Достлуг» А.С.Дзасохова подробно...
3 апреля 2014, 11:04
Счётная палата готова выступить с ежегодным отчётом подробно...
3 апреля 2014, 10:04
Проездной документ для иностранцев и лиц без гражданства введён в Азербайджане для их безвизового въезда в страну подробно...
3 апреля 2014, 10:04
О назначении Э.Д.Сеидова судьей Бакинского суда по тяжким преступлениям подробно...
3 апреля 2014, 10:04
Об утверждении «Национальной стратегии по развитию информационного общества в Азербайджанской Республике на 2014-2020 годы» подробно...
3 апреля 2014, 10:04
О дополнительных мерах по строительству автомобильной дороги Алатемир-Марсан-Тасмалы-Зейем-Лелели Гахского района подробно...