“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

 

Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12, I kitab, maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947, № 12, maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, № 5, maddə 474, № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015, № 12, maddə 1432; 2016, № 1, maddələr 15, 36, № 4, maddə 630, № 5, maddə 849, № 6, maddə 1014, № 10, maddə 1605, № 11, maddələr 1753, 1776, 1780, 1790, № 12, maddələr 2006, 2051; Azərbaycan Respublikasının 2017-ci il 1 fevral tarixli 515-VQD nömrəli və 519-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4.1-ci maddədə “həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumların” sözləri ilə əvəz edilsin;

1.2. 4.1-1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“4.1-1. Müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumlarda xidmətlərə (hüquqi hərəkətlərə) görə ödənilən dövlət rüsumlarının 50 faizi (ödənilən hər bir dövlət rüsumu üzrə 5000 manatdan çox olmamaq şərti ilə) müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin və müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumlarda fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq üçün müvafiq icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülür, qalan hissəsi isə dövlət büdcəsinə ödənilir.”;

1.3. aşağıdakı məzmunda 4.1-2-ci maddə əlavə edilsin:

“4.1-2. Bu Qanunun 4.1-ci və 4.1-1-ci maddələrində nəzərdə tutulan vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

 

Maddə 2. Bu Qanun 2017-ci il mayın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 25 aprel 2017-ci il.

3 мая 2017, 09:05

http://www.azertag.net

491—500 из 3607

19 января 2021, 17:01

Указ Президента Азербайджанской Республики О специальных представителях Президента Азербайджанской Республики на освобожденных от оккупации территориях   подробно...

16 января 2021, 19:01

Распоряжение Президента Азербайджанской Республики О награждении военнослужащих Вооруженных сил Азербайджанской Республики медалью «За освобождение Губадлы»   подробно...

16 января 2021, 19:01

Указ Президента Азербайджанской Республики О создании Агентства Азербайджанской Республики по разминированию   подробно...

13 января 2021, 21:01

Распоряжение Президента Азербайджанской Республики О награждении И.М.Рагимова орденом «Шохрат»   подробно...

12 января 2021, 20:01

Распоряжение Президента Азербайджанской Республики О назначении А.М.Исмайлова исполнительным директором Агентства развития медиа Азербайджанской Республики   подробно...

10 января 2021, 20:01

Распоряжение Президента Азербайджанской Республики Об освобождении В.А.Мурадова от должности председателя Правления Открытого акционерного общества «Азерхалча»   подробно...

8 января 2021, 20:01

Распоряжение Президента Азербайджанской Республики Об отзыве Г.А.Гасанова с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Республике Польша   подробно...

8 января 2021, 20:01

Распоряжение Президента Азербайджанской Республики Об отзыве Н.А.Гурбановой с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Республике Болгария   подробно...

8 января 2021, 20:01

Распоряжение Президента Азербайджанской Республики О назначении Н.А.Гурбановой чрезвычайным и полномочным послом Азербайджанской Республики в Республике Польша   подробно...

6 января 2021, 19:01

Распоряжение Президента Азербайджанской Республики О награждении военнослужащих Вооруженных сил Азербайджанской Республики медалью «За освобождение Ходжавенда»   подробно...