Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il büdcəsinin icrası haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”na müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il büdcəsinin icrası ilə bağlı hazırlanmış hesabata dair Dövlət Neft Fondunun Müşahidə Şurasının qərarını və Fondun maliyyə fəaliyyəti barədə beynəlxalq auditor təşkilatının rəyini nəzərə alaraq qərara alıram:

 

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il büdcəsinin icrası, gəlirlər 9 410 180,0 min manat, xərclər 9 022 059,0 min manat və ya Fondun 2016-cı il büdcəsində nəzərdə tutulana nisbətdə gəlirlər üzrə 205,5%, xərclər üzrə 84,6% səviyyəsində olmaqla, aşağıdakı kimi təsdiq edilsin:

 

Sıra №-si

                                    Göstəricilər

min manatla

Gəlirlər, cəmi

9 410 180,0

 

o cümlədən:

 

 1.

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)

8 320 045,7

 2.

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər

3 267,0

 3.

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər

17 953,6

 4.

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar)

82,1

 5.

Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsindən əldə olunan gəlirlər

1 068 831,6

Xərclər, cəmi

9 022 059,0

 

o cümlədən:

 

 1.

Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi

89 994,9

2.

Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinə transfert

7 615 000,0

 3.

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi

69 998,1

4.

Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi

66 174,5

5.

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi

31 606,7

6.

Türkiyə Respublikasında “Star” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının payının maliyyələşdirilməsi

331 776,0

7.

Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi

797 427,6

 8.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

20 081,2

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 may 2017-ci il.

 

2 мая 2017, 09:05

http://www.azertag.net

3261—3270 из 3607

15 мая 2014, 09:05

Об укреплении материально-технической базы Азербайджанской национальной консерватории   подробно...

15 мая 2014, 09:05

Об отмене Распоряжения Президента Азербайджанской Республики от 24 мая 2007 года номер 2199 «Об учреждении профессионального праздника «День мелиоратора»   подробно...

15 мая 2014, 09:05

Об учреждении профессионального праздника «День работников водного хозяйства и мелиорации»   подробно...

14 мая 2014, 18:05

Азербайджан разрабатывает Стратегию занятости на 2014–2017 годы   подробно...

14 мая 2014, 16:05

Азербайджан выдвинул предложения по сотрудничеству с арабским миром и Центральной Азией   подробно...

14 мая 2014, 11:05

Правительство поддержало идею создания комбинированного туристического маршрута Азербайджан–Грузия–Турция   подробно...

14 мая 2014, 09:05

Министерство образования Азербайджана дифференцирует систему высшего образования   подробно...

13 мая 2014, 17:05

Налогооблагаемая база в Азербайджане расширилась на 26580 налогоплательщиков   подробно...

13 мая 2014, 17:05

В январе–апреле в Азербайджане было собрано 37,3% запланированных на 2014 год налогов   подробно...

13 мая 2014, 16:05

В Азербайджане лицензии на оказание туристических услуг будут выдаваться только при наличии экспертного заключения AzTa   подробно...