“Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alır:
“Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 16, maddə 209; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 15; 2004, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 199; 2007, № 6, maddə 560, № 11, maddə 1078; 2013, № 2, maddə 94; 2016, № 1, maddə 10) aşağıdakı dəyişikliklər edilsin:
1. 4-cü maddənin birinci hissəsi üzrə:
1.1. 6-cı bənd aşağıdakı redaksiyada verilsin:
6) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, eləcə də digər əşyaların Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən kənardan Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsinin qarşısının alınmasını təmin edir;”;
1.2. aşağıdakı məzmunda 6-1-ci bənd əlavə edilsin:
“6-1) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, mülki dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış digər əşyaların Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən qanunsuz keçirilməsinin qarşısını almaq üçün tədbirlər görür;”.
2. 5-ci maddə üzrə:
2.1. 1-ci bənddə “hərəkət etmək,” sözlərindən sonra “həmin ərazidə” sözləri əlavə edilsin;
2.2. aşağıdakı məzmunda 1-1-ci və 1-2-ci bəndlər əlavə edilsin:
“1-1) şəxslərin Azərbaycan Respublikasının dövlət sərhədindən qanunsuz keçməsinin, habelə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, mülki dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış digər əşyaların dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində ölkəyə gələn və ölkədən gedən nəqliyyat vasitələrinə, yüklərə və başqa əşyalara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada baxış keçirilməsini təmin etmək;
1-2) əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar xidməti vəzifələri icra edərkən vaqonların, avtomobillərin, konteynerlərin, gəmi anbarlarının, xaricə gedən və xaricdən gələn dəniz və hava gəmilərinin başqa yerlərinin gömrük orqanları ilə birlikdə (Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində milli maraqlara təhdidlər haqqında əməliyyat məlumatları olduqda, gömrük orqanlarının iştirakını təmin etmək mümkün olmadığı hallarda milli təhlükəsizliyi və yaxud dövlət sərhədinin toxunulmazlığını təmin etmək məqsədi ilə - müstəqil surətdə) açdırılmasını təmin etmək;”;
2.3. 4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“4) bu Qanunla müəyyən edilmiş hallarda baxış keçirilərkən aşkar edilmiş hüquqpozma predmetlərini qanunla müəyyən edilmiş qaydada götürmək;”;
2.4. 6-cı bənddən “Dövlət sərhədindən keçən xarici nəqliyyat vasitələrini və Azərbaycan Respublikasına məxsus nəqliyyat vasitələrini, bu vasitələrlə daşınan yükləri müəyyən edilmiş qaydada yoxlamaq;” sözləri çıxarılsın.
3. 21-ci maddənin birinci hissəsi aşağıdakı redaksiyada verilsin:
“Sərhəd nəzarəti hərbi hissəsinin və ya sərhəd dəstəsinin sərhəd nəzarəti bölməsi Dövlət sərhədinin bir və ya bir neçə buraxılış məntəqəsində dövlət sərhədinin keçilməsi qaydalarına və dövlət sərhədinin buraxılış məntəqəsindəki (məntəqələrindəki) rejimə əməl edilməsinə nəzarəti həyata keçirir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 mart 2017-ci il.
20 апреля 2017, 09:045 декабря 2014, 09:12
О дополнительных мерах по строительству автомобильной дороги магистраль Баку-Газах-Самедабад-Гарамамедли-Гараманлы-Геюк города Евлах подробно...
5 декабря 2014, 09:12
Королю Таиланда Его величеству Пумипону Адульядету подробно...
4 декабря 2014, 09:12
О составе делегации, которая будет представлять Азербайджанскую Республику на 60-й сессии Комитета Организации Объединенных Наций по ликвидации всех форм дискриминации в отношении женщин подробно...
4 декабря 2014, 09:12
О призыве с 1 по 30 января 2015 года граждан Азербайджанской Республики на срочную действительную военную службу и увольнении в запас военнослужащих срочной действительной военной службы подробно...
2 декабря 2014, 09:12
Президенту Лаосской Народно-Демократической Республики Его превосходительству господину Тюммали Сайнясону подробно...
2 декабря 2014, 09:12
Вице-президенту и премьер-министру Объединенных Арабских Эмиратов, Эмиру Дубая Его высочеству шейху Мухаммеду бен Рашиду Аль Мактуму подробно...
2 декабря 2014, 09:12
Участникам 20-й Азербайджанской международной выставки и конференции телекоммуникационных и информационных технологий «BakuTel-2014» подробно...
2 декабря 2014, 09:12
Президенту Объединенных Арабских Эмиратов Его величеству шейху Халифе бен Заиду Аль Нахайяну подробно...
1 декабря 2014, 09:12
Участникам третьей встречи министров образования стран-членов Совета сотрудничества тюркоязычных государств подробно...
1 декабря 2014, 09:12
О назначении М.Н.Алишановой аудитором Счетной палаты Азербайджанской Республики подробно...