Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

 

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17, № 5, maddə 323; 2002, № 5, maddə 236; 2003, № 1, maddələr 23, 24, № 6, maddə 279; 2004, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761; 2005, № 4, maddələr 277, 278; 2006, № 2, maddə 64, № 12, maddə 1006; 2007, № 1, maddələr 3, 4, № 2, maddə 68, № 5, maddə 439, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756; 2008, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1046; 2009, № 6, maddə 402; 2010, № 2, maddə 75, № 4, maddə 276; 2011, № 6, maddələr 471, 476, № 7, maddələr 583, 619, № 12, maddələr 1096, 1105; 2012, № 5, maddə 411, № 6, maddə 511; 2013, № 5, maddə 472, № 6, maddə 625, № 11, maddələr 1266, 1307; 2015, № 6, maddə 677, № 12, maddə 1435; 2016, № 5, maddə 836, № 6, maddə 1016, № 11, maddələr 1761, 1763, № 12, maddə 2047; Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 496-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

 

1. 233.1-ci maddədə “və 355-19.3-cü” sözləri “, 355-19.3-cü və 355-22.4-cü” sözləri ilə əvəz edilsin.

 

2. 305.1.15-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 305.1.16-cı maddə əlavə edilsin:

“305.1.16. internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında.”.

 

3. 306.1-ci maddədə “40-5-ci” sözləri “40-6-cı” sözləri ilə əvəz edilsin.

 

4. Aşağıdakı məzmunda 40-6-cı fəsil əlavə edilsin:

 

“Fəsil 40-6. İnternet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında işlər üzrə icraat

 

Maddə 355-20. Ərizənin verilməsi

 

355-20.1. Müvafiq icra hakimiyyəti orqanı internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi hallarını müəyyən etdikdə, internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət edir.

355-20.2. İnternet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yer üzrə verilir.

Maddə 355-21. Ərizənin məzmunu

Ərizədə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün qanunda nəzərdə tutulmuş əsaslar, internet informasiya ehtiyatı barədə məlumatlar, məhkəməyə qədər görülmüş tədbirlər qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir.

Maddə 355-22. Ərizəyə baxılması və qətnamənin qəbul edilməsi

355-22.1. İnternet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə ərizəyə məhkəməyə təqdim olunduqdan sonra 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

355-22.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir. İşdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.

355-22.3. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir.

355-22.4. İnternet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.

355-22.5. Qətnamənin surəti bu Məcəllənin 227.2-ci maddəsinə uyğun olaraq tərəflərə verilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 7 aprel 2017-ci il.

19 апреля 2017, 09:04

http://www.azertag.net

21—30 из 3607

15 февраля 2023, 15:02

О назначении Н.К.Алиева ректором Азербайджанской академии художеств   подробно...

15 февраля 2023, 07:02

Распоряжение Президента Азербайджанской Республики О назначении Ш.С.Багирова председателем Государственного таможенного комитета Азербайджанской Республики   подробно...

15 февраля 2023, 07:02

Распоряжение Президента Азербайджанской Республики Об освобождении Ш.С.Багирова от должности первого заместителя председателя Государственного таможенного комитета Азербайджанской Республики   подробно...

13 февраля 2023, 11:02

Распоряжение Президента Азербайджанской Республики О награждении государственных служащих Государственной службы по мобилизации и призыву на военную службу Азербайджанской Республики   подробно...

11 февраля 2023, 11:02

Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по обеспечению деятельности Алятской свободной экономической зоны   подробно...

11 февраля 2023, 11:02

Распоряжение Президента Азербайджанской Республики Об индексации трудовых пенсий   подробно...

9 февраля 2023, 15:02

Распоряжение Президента Азербайджанской Республики Об оказании финансовой поддержки Общественной телерадиовещательной компании Азербайджанской Республики   подробно...

9 февраля 2023, 15:02

Распоряжение Президента Азербайджанской Республики О награждении А.Я.Шаровского «Почетным дипломом Президента Азербайджанской Республики»   подробно...

9 февраля 2023, 08:02

Распоряжение Президента Азербайджанской Республики Об оказании финансовой помощи религиозным образованиям в Азербайджане   подробно...

8 февраля 2023, 08:02

Распоряжение Президента Азербайджанской Республики О награждении сотрудников Конфедерации профсоюзов Азербайджана   подробно...