"Tikinti materiallarının və məmulatının sertifikatlaşdırılmasını həyata keçirən müəssisələrin laboratoriyalarının, habelə sınaq laboratoriyalarının akkreditasiyası Qaydaları"nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 103
Bakı şəhəri, 14 aprel 2014-cü il
"Tikinti materiallarının və məmulatının sertifikatlaşdırılmasını həyata keçirən müəssisələrin laboratoriyalarının, habelə sınaq laboratoriyalarının akkreditasiyası Qaydaları"nın təsdiq edilməsi barədə
"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.11-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
"Tikinti materiallarının və məmulatının sertifikatlaşdırılmasını həyata keçirən müəssisələrin laboratoriyalarının, habelə sınaq laboratoriyalarının akkreditasiyası Qaydaları" təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 aprel tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmişdir
Tikinti materiallarının və məmulatının sertifikatlaşdırılmasını həyata keçirən müəssisələrin laboratoriyalarının, habelə sınaq laboratoriyalarının akkreditasiyası
Q A Y D A L A R I
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 55.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və tikinti materiallarının və məmulatının sertifikatlaşdırılmasını həyata keçirən müəssisələrin laboratoriyalarının, habelə sınaq laboratoriyalarının (bundan sonra - laboratoriya) akkreditasiya qaydalarını müəyyən edir.
1.2. Laboratoriyaların akkreditasiyasının məqsədi laboratoriyalarda yerinə yetirilən sınaqlara inamı artırmaq, bazara keyfiyyətli məhsul çıxarılmasını təmin etməklə istehlakçıların, dövlətin və təsərrüfat subyektlərinin qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərini müdafiə etməkdən ibarətdir.
1.3. Laboratoriyaların akkreditasiyası - uyğunluğun qiymətlən-dirilməsi fəaliyyətini yerinə yetirmək üçün laboratoriyanın texniki normativ hüquqi aktlarda müəyyən olunan tələblərə cavab verməsinin və həmin fəaliyyəti həyata keçirməyə səlahiyyətli olmasının rəsmi tanınması prosesidir.
2. Laboratoriyaların akkreditasiya qaydası
2.1. Laboratoriyaların akkreditasiyası aşağıdakı mərhələlərdən ibarətdir:
2.1.1. müraciətin qəbul edilməsi;
2.1.2. qiymətləndirmə;
2.1.3. qərarın qəbul edilməsi.
2.2. Müraciətin qəbul edilməsi
2.2.1.Laboratoriyaların akkreditasiyası ərizəçinin (fiziki və ya hüquqi şəxslər) Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinə (bundan sonra - Akkreditasiya üzrə Milli Orqan) ərizə ilə yazılı və ya elektron formada müraciəti əsasında aparılır.
2.2.2. Akkreditasiya olunmaq üçün müraciət etmiş laboratoriya "AZS ISO/IEC 17025:2009 "Sınaq və Kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər" standartının (bundan sonra - standart) tələblərinə cavab verməlidir.
2.2.3. Fiziki şəxs olan ərizəçi ərizə ilə birlikdə Akkreditasiya üzrə Milli Orqana aşağıdakı sənədləri təqdim etməlidir:
2.2.3.1. laboratoriyanın əsasnaməsini;
2.2.3.2. laboratoriyanın pasportunu;
2.2.3.3. laboratoriyanın akkreditasiya sahəsinin layihəsini;
2.2.3.4. laboratoriyanın standartın tələblərinə uyğun işlənib hazırlanmış idarəetmə sisteminin keyfiyyət üzrə rəhbərlik sənədini;
2.2.3.5. şəxsiyyətini təsdiq edən sənədin surətini.
2.2.4. Hüquqi şəxs olan ərizəçi ərizə ilə birlikdə Akkreditasiya üzrə Milli Orqana aşağıdakı sənədləri təqdim etməlidir:
2.2.4.1. laboratoriyanın əsasnaməsini;
2.2.4.2. laboratoriyanın pasportunu;
2.2.4.3. laboratoriyanın akkreditasiya sahəsinin layihəsini;
2.2.4.4. laboratoriyanın standartın tələblərinə uyğun işlənib hazırlanmış idarəetmə sisteminin keyfiyyət üzrə rəhbərlik sənədini;
2.2.4.5. hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surətini.
2.2.5. Ərizəçinin yazılı müraciəti Akkreditasiya üzrə Milli Orqana təqdim edildiyi gün qeydiyyata alınır və akkreditasiya prosesinə başlanılır.
2.2.6. Akkreditasiya üzrə Milli Orqan 30 gün müddətində müraciəti araşdıraraq yekun qərar qəbul edir. Fiziki şəxs olan ərizəçi bu Qaydaların 2.2.3-cü yarımbəndində göstərilmiş sənədləri, hüquqi şəxs olan ərizəçi bu Qaydaların 2.2.4-cü yarımbəndində göstərilmiş sənədləri təqdim etmədiyi halda, Akkreditasiya üzrə Milli Orqan həmin sənədlərin təqdim olunmasını tövsiyə edir. Sənədlərin təqdim olunmaması akkreditasiya attestatının verilməsindən imtina barədə qərarın qəbulu üçün əsasdır.
2.3. Qiymətləndirmə
2.3.1. Akkreditasiya üzrə Milli Orqan təqdim edilmiş sənədlər əsasında laboratoriyanın standartın tələblərinə uyğunluğunu yerində qiymətləndirir.
2.3.2. Akkreditasiya olunmaq üçün müraciət etmiş laboratoriyanın standartın tələblərinə cavab verməməsi akkreditasiyadan imtina üçün əsasdır.
2.4. Qərarın qəbul edilməsi
2.4.1. Laboratoriya standartın tələblərinə cavab verdiyi halda, Akkreditasiya üzrə Milli Orqan akkreditasiya haqqında qərar qəbul edir və akkreditasiya barədə attestatı tərtib edir. Akkreditasiya barədə attestata əlavə olaraq, akkreditasiya sahəsinin müəyyən edilməsi haqqında sənəd tərtib olunur. Akkreditasiya sahəsinin müəyyən edilməsi haqqında sənəddə laboratoriyanın akkreditasiya sahəsinə aid olan məhsullar, sınaq növləri göstərilməlidir.
2.4.2. Akkreditasiya barədə attestatın verilməsi haqqında qərar qəbul edildiyi gündən etibarən 7 (yeddi) gün ərzində Akkreditasiya üzrə Milli Orqan akkreditasiya barədə attestatı ərizəçiyə təqdim etməlidir. Akkreditasiya barədə attestatı və akkreditasiya sahəsinin müəyyən edilməsi haqqında sənədi 7 (yeddi) gün ərzində təqdim etmək mümkün olmadıqda, həmin sənədlər dərhal poçt vasitəsilə ərizəçiyə göndərilir.
2.5. Akkreditasiya barədə attestat 4 (dörd) il müddətində etibarlıdır.
2.6. Akkreditasiyanın aparılması üzrə xərclər ərizəçi tərəfindən ödənilir.
2.7. Akkreditasiya üzrə Milli Orqanın qanunsuz hərəkətləri ərizəçinin xərclərinin yaranmasına səbəb olarsa, xərclər Akkreditasiya üzrə Milli Orqan tərəfindən ödənilir.
2.8. Ərizəçi Akkreditasiya üzrə Milli Orqanın vəzifəli şəxslərinin hərəkətlərindən (qərarlarından) inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilər.
22 апреля 2014, 14:0429 апреля 2021, 18:04
Распоряжение Президента Азербайджанской Республики О предоставлении единовременной материальной помощи участникам Второй мировой войны 1941-1945 годов, вдовам погибших или скончавшихся впоследствии бойцов, лицам, награжденным орденами и медалями за самоотверженный труд в тылу подробно...
29 апреля 2021, 18:04
Распоряжение Президента Азербайджанской Республики О награждении Х.М.Пашаева орденом «За службу Отечеству» 1-й степени подробно...
29 апреля 2021, 18:04
Распоряжение Президента Азербайджанской Республики Об освобождении Р.Э.Багирова от должности главы Исполнительной власти Лерикского района подробно...
29 апреля 2021, 18:04
Распоряжение Президента Азербайджанской Республики О назначении Р.Э.Багирова главой Исполнительной власти Агсуинского района подробно...
29 апреля 2021, 18:04
Распоряжение Президента Азербайджанской Республики О назначении М.А.Аскерова членом Национального совета по телевидению и радио Азербайджанской Республики подробно...
29 апреля 2021, 10:04
Указ Президента Азербайджанской Республики О некоторых вопросах, связанных с управлением землями сельскохозяйственного назначения на освобожденных от оккупации территориях Азербайджанской Республики подробно...
29 апреля 2021, 10:04
Указ Президента Азербайджанской Республики О создании юридического лица публичного права «Космическое агентство Азербайджанской Республики (Азеркосмос)» подробно...
27 апреля 2021, 19:04
Распоряжение Президента Азербайджанской Республики Об освобождении А.А.Мамедова от должности главы Исполнительной власти Шамкирского района подробно...
23 апреля 2021, 20:04
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по улучшению обеспечения посевных площадей в ряде районов оросительной водой и удовлетворению потребностей населения в питьевой воде подробно...
23 апреля 2021, 20:04
Распоряжение Президента Азербайджанской Республики Об освобождении О.К.Ширалиева от должности министра здравоохранения Азербайджанской Республики подробно...