“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 540-VQD nömrəli Qanununun tətbiqi və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 540-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. həmin Qanunun pozulmasına görə məsuliyyət müəyyən edən qanun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.3. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 13-1.2-ci maddəsinə uyğun olaraq, internet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.6. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 709; 2006, № 5, maddə 404, № 11, maddə 947; 2007, № 6, maddə 601; 2009, № 4, maddə 226; 2014, № 5, maddə 477, № 9, maddə 1027; 2016, № 8, maddə 1384) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.2-ci bəndə “13.7-ci,” sözlərindən sonra “13-1.2-ci,” sözləri əlavə edilsin;
3.2. 2.3-cü bəndə “13.3-cü,” sözlərindən sonra “13-1.1-ci (hər iki halda),” sözləri əlavə edilsin və həmin bənddə “40.7-ci” sözləri “33.1.9-2-ci, 40.7-ci, 43.4-cü, 43.5-ci” sözləri ilə əvəz edilsin.
4. Müəyyən edilsin ki, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 mart 2017-ci il.
27 марта 2017, 09:032 августа 2016, 09:08
О дополнительных мерах по строительству автомобильной дороги Хызы-Алтыагадж Хызинского района подробно...
1 августа 2016, 08:08
О дополнительных мерах по строительству автомобильной дороги Алар-Тезекенд-Учтепе-Алигасымлы-Джафарханлы Джалилабадского района подробно...
1 августа 2016, 08:08
О мерах по строительству автомобильной дороги Локбатан-Гобу Гарадагского района города Баку подробно...
29 июля 2016, 09:07
О мерах по строительству автомобильной дороги Бинагади-Новханы-Джорат подробно...
28 июля 2016, 09:07
Акт референдума Азербайджанской Республики «О внесении изменений в Конституцию Азербайджанской Республики» подробно...
28 июля 2016, 09:07
ПОСТАНОВЛЕНИЕ Пленума Конституционного суда Азербайджанской Республики подробно...
28 июля 2016, 09:07
О дополнительных мерах по строительству автомобильной дороги Геранбой - Юхары Агджакенд Геранбойского района подробно...
27 июля 2016, 09:07
О создании Государственной комиссии в связи со взрывом, произошедшим на заводе «Араз» Министерства оборонной промышленности Азербайджанской Республики подробно...
27 июля 2016, 09:07
О некоторых мерах по реконструкции внутрипоселковых автомобильных дорог Пираллахинского района города Баку подробно...
27 июля 2016, 09:07
О проведении всенародного голосования (референдума) в целях внесения изменений в Конституцию Азербайджанской Республики подробно...