“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 685; 2006, № 11, maddə 932; 2007, № 5, maddə 442, № 11, maddə 1053; 2016, № 6, maddə 969; № 12, maddə 1989) aşağıdakı dəyişikliklər edilsin:
1.1. aşağıdakı məzmunda 6.1.7-1-ci maddə əlavə edilsin:
“6.1.7-1. internet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması;”;
1.2. aşağıdakı məzmunda 13-1-ci maddə əlavə edilsin:
“Maddə 13-1. İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotu
13-1.1. İnternet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər xidmət göstərməyə başladıqları vaxtdan 15 gün müddətində müvafiq icra hakimiyyəti orqanında uçota durmalıdırlar, habelə uçot məlumatlarında baş vermiş dəyişiklik barədə müvafiq icra hakimiyyəti orqanına dəyişikliyin baş verdiyi vaxtdan 10 gün müddətində məlumat verməlidirlər.
13-1.2. İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılır.”;
1.3. 33-cü maddə üzrə:
1.3.1. aşağıdakı məzmunda 33.1.9-1-ci və 33.1.9-2-ci maddələr əlavə edilsin:
“33.1.9-1. bu Qanunun 13-1.2-ci maddəsində nəzərdə tutulmuş qaydada uçota durmaq, habelə uçot məlumatlarında baş vermiş dəyişiklik barədə dəyişikliyin baş verdiyi vaxtdan 10 gün müddətində məlumat vermək;
33.1.9-2. müvafiq icra hakimiyyəti orqanının, habelə məhkəmələrin və ya hüquq mühafizə orqanlarının sorğularına 3 iş günündən gec olmayaraq cavab vermək və tələb olunan məlumatları təqdim etmək (bu müddətdə həmin informasiyanın aktuallığını itirməsi ilə əlaqədar sorğunun təcili olması barədə sorğu verənin qeydi olduqda, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab vermək);”;
1.3.2. 33.2-ci maddədə “32.1.4-cü” sözləri “33.1.4-cü” sözləri ilə əvəz edilsin;
1.4. aşağıdakı məzmunda 43.4-cü və 43.5-ci maddələr əlavə edilsin:
“43.4. İnternet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər xidmət göstərməyə başladıqları vaxtdan 15 gün müddətində müvafiq icra hakimiyyəti orqanında uçota durmadıqda qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
43.5. İnternet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər uçota alınması üçün zəruri olan sənədlərdəki çatışmazlıqları aradan qaldıraraq 15 gün müddətində yenidən müraciət etmədikdə və ya uçot məlumatlarında baş vermiş dəyişiklik barədə müvafiq icra hakimiyyəti orqanına dəyişikliyin baş verdiyi gündən 10 gün müddətində məlumat vermədikdə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.”.
Maddə 2. Keçid müddəası
“Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 13-1.2-ci maddəsində nəzərdə tutulmuş qaydalar qüvvəyə mindiyi tarixədək internet telekommunikasiya xidməti göstərməyə başlamış operatorlar və provayderlər həmin qaydaların qüvvəyə mindiyi tarixdən sonrakı 2 ay ərzində müvafiq icra hakimiyyəti orqanına müraciət edərək uçota durmalıdırlar.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 mart 2017-ci il.
27 марта 2017, 09:033 июня 2014, 17:06
В Азербайджане ликвидируются суды присяжных подробно...
3 июня 2014, 15:06
Под контроль ILO передал собственную Стратегию защиты и безопасности труда Азербайджан подробно...
3 июня 2014, 14:06
Россия и Азербайджан договорились создать совместный инвестиционный фонд подробно...
3 июня 2014, 09:06
О призыве с 1 по 30 июля 2014 года граждан Азербайджанской Республики на срочную действительную военную службу и увольнении в запас военнослужащих срочной действительной военной службы подробно...
2 июня 2014, 17:06
О награждении медалью «Терегги» работников гражданской авиации Азербайджанской Республики подробно...
2 июня 2014, 17:06
О присвоении почетных званий работникам гражданской авиации Азербайджанской Республики подробно...
2 июня 2014, 13:06
В Азербайджане будет запрещена свободная спортивная и любительская ловля рыбы подробно...
2 июня 2014, 09:06
Устав, структура и штат Центра безопасности морского судоходства утверждены в Азербайджане подробно...
2 июня 2014, 09:06
О присвоении почетных званий деятелям культуры Азербайджанской Республики подробно...
30 мая 2014, 09:05
О дополнительных мерах по ускорению социально-экономического развития Нефтчалинского района подробно...