Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə”ni “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 325, № 9, maddə 737; 2007, № 2, maddə 85, № 4, maddə 330; 2008, № 8, maddə 715, № 11, maddə 970; 2009, № 12, maddə 983; 2011, № 2, maddələr 85, 91; 2012, № 7, maddə 684; 2014, № 9, maddə 1056, № 9, maddə 985, № 10, maddə 1120; 2016, № 5, maddə 850, № 10, maddə 1646, № 11, maddə 1809) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə”nin 8.25-ci bəndində “aparmaq” sözü “təşkil etmək” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 mart 2017-ci il.
10 марта 2017, 09:036 июня 2017, 10:06
О дополнительных мерах по улучшению обеспечения посевных площадей оросительной водой и удовлетворению потребностей населения в питьевой воде подробно...
5 июня 2017, 09:06
О предоставлении А.М.Гаджиеву персональной пенсии Президента Азербайджанской Республики подробно...
5 июня 2017, 09:06
О награждении работников водного хозяйства и мелиорации медалью «Терегги» подробно...
5 июня 2017, 09:06
О присвоении работникам водного хозяйства и мелиорации почетного звания «Заслуженный инженер» подробно...
2 июня 2017, 09:06
О назначении К.Дж.Джафарова главой Исполнительной власти Шарурского района Нахчыванской Автономной Республики подробно...
2 июня 2017, 09:06
Об освобождении И.И.Мамедова от должности главы Исполнительной власти Шарурского района Нахчыванской Автономной Республики подробно...
2 июня 2017, 09:06
О награждении А.М.Велиевой орденом «Шохрат» подробно...
23 мая 2017, 09:05
О награждении Ф.А. Ализаде орденом «Шараф» подробно...
23 мая 2017, 09:05
О награждении И.С.Гулиева орденом «Шохрат» подробно...
23 мая 2017, 09:05
О предоставлении Ф.Г.Саттаровой персональной пенсии Президента Азербайджанской Республики подробно...