Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”ni “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 598; 2004, № 2, maddə 71, № 12, maddələr 994, 1005; 2005, № 10, maddə 910; 2008, № 11, maddə 970; 2009, № 7, maddə 521, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2015, № 2, maddə 130, № 9, maddə 980; 2016, № 10, maddə 1630 ) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 10.79-cu bəndində “attestasiyadan keçirir və sertifikatlaşdırır” sözləri “attestasiyasını və sertifikatlaşdırılmasını təşkil edir” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 mart 2017-ci il.
10 марта 2017, 09:0318 ноября 2014, 09:11
Участникам Третьего общереспубликанского форума детей подробно...
17 ноября 2014, 09:11
О мерах по строительству нового здания для полной средней школы номер 20 в Ясамальском районе города Баку подробно...
17 ноября 2014, 09:11
Президенту Государства Палестина Его превосходительству господину Махмуду Аббасу подробно...
17 ноября 2014, 09:11
Участникам IV съезда Общественного объединения «Русская община Азербайджана» подробно...
14 ноября 2014, 09:11
О мерах по строительству Зыхского судоремонтного завода в городе Баку подробно...
12 ноября 2014, 15:11
Азербайджан отмечает День Конституции подробно...
11 ноября 2014, 09:11
О присвоении М.М.Гасанову и И.М.Мамедову почетного звания «Заслуженный инженер» подробно...
11 ноября 2014, 09:11
О награждении медалью «Терегги» группы работников Бакинского метрополитена подробно...
11 ноября 2014, 09:11
О награждении орденом «Шохрат» С.А.Керими подробно...
11 ноября 2014, 09:11
О присвоении Б.А.Агарагимову почетного звания «Заслуженный инженер» подробно...